Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident, 

28 may - Respublika günü, Azərbaycan Respublikasının müstəqillik günü münasibətilə Sizə öz adımdan və alman xalqı adından xoş arzularımı bildirirəm.

Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına qəbulu ilə ölkənin Avropa dəyərləri və hüquq cəmiyyətinə qoşulmasını təsdiq etdi. Almaniya bu yolda Sizi dəstəkləyir və Avropa Birliyi ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı alqışlayır.

Ölkələrimiz və vətəndaşlarımız arasında olan dostluq əlaqələrini genişləndirmək və dərinləşdirmək istəyirik.

Sizə cansağlığı və yaradıcılıq gücü, ölkənizə sülh, əmin-amanlıq və daim artan rifah arzu edirəm.

Sizin

Yohannes Rau

Almaniya Federativ Respublikasının

Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin