Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Milli bayram - Respublika günü münasibətilə Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.

Böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, müstəqillik illərində Azərbaycan Sizin rəhbərliyiniz ilə siyasi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsində, demokratik, hüquqi dövlətin möhkəmləndirilməsində, özünün beynəlxalq mövqelərinin bərqərar olunmasında böyük uğurlar qazanmışdır.

Əminəm ki, mədəniyyətlərin və ənənələrin ümumiliyi, qarşılıqlı surətdə faydalı əməkdaşlıq ilə bir-birinə bağlı olan Qazaxıstan və Azərbaycan dostluq və mehriban qonşuluq münasibətlərinə həmişə sadiq qalacaqlar.

Hörmətli Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı, səadət və dövlət rəhbərliyi işində uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin