CƏMİYYƏT
Azərbaycanda Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan çoxtərəfli məsləhətləşmələr keçiriləcək
Bakı, 3 mart, AZƏRTAC
Gənclərin “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” ilə bağlı məlumatlılığının artırılması, habelə dünyada və Azərbaycanda miqrasiya sahəsində gənclərin rolu barədə fikir mübadiləsinin aparılması məqsədilə mayda Nyu-Yorkda keçiriləcək ilk Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan çoxtərəfli məsləhətləşmələr çərçivəsində martın 7-də saat 15:00-da ilk onlayn görüşün keçirilməsi nəzərdə tutulur.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət Miqrasiya Xidmətinin, BMT-nin və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliklərinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları və Azərbaycan Könüllü Təşkilatları ittifaqlarının, o cümlədən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə təqdimatların və müzakirələrin keçirilməsi planlaşdırılır.
Bu məsləhətləşmələrdə iştirak etmək istəyən gənclər, o cümlədən tələbələr və könüllülər martın 5-dək tərcümeyi-hallarını (CV) [email protected] elektron ünvanına göndərə bilərlər.
Tədbir Azərbaycan dilində keçiriləcək (ingilis dilinə sinxron tərcümə təmin olunacaq). Seçilmiş namizədlərə elektron poçt vasitəsilə təsdiq məktubu və tədbirdə onlayn iştirak üçün keçid göndəriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]