AZƏRBAYCANDA QAFQAZIN ƏN YÜKSƏK ZİRVƏSİNDƏ METEOROLOJİ STANSİYA TİKİLƏCƏKDİR
AZƏRTAC xəbər veri ki, Azərbaycanda Qafqazın ən yüksək zirvəsində meteoroloji stansiyanın tikilməsi barədə qərar qəbul olunmuşdur.
Bu barədə məlumat verən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir ki, meteoroloji stansiya Tufan və ya Şahdağ silsiləsində 3200 metr hündürlükdə quraşdırılacaqdır. Bu stansiya vasitəsilə buzlaqların böyüyüb-kiçilməsi barədə mütəmadi məlumatlar əldə olunacaqdır.
Bu prosesin qlobal müşahidələrdə çox vacib məsələ olduğunu qeyd edən H.Bağırov həmin ərazilərin iqlim dəyişmələrində mühüm rol oynadığını bildirmişdir.
Son dövrlər hidrometeorologiya sahəsində məlumatlarda dəqiqliyin artdığını qeyd edən nazir, bunu bir tərəfdən beynəlxalq əlaqələrin genişlənməsi, iri meteoroloji mərkəzlərlə əlaqələrin intensivləşməsi, Avropa, Türkiyə və ABŞ-ın meteoroloji peyklərindən əldə olunan xəritələrdən istifadə olunması, digər tərəfdən isə mövcud müşahidə məntəqələrinin yenidən qurulması ilə əlaqələndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]