Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda son 20 ildə pambıq istehsalı 3,2 dəfə artıb - AÇIQLAMA

Azərbaycanda son 20 ildə pambıq istehsalı 3,2 dəfə artıb -  AÇIQLAMA

Bakı, 12 oktyabr, AZƏRTAC

Ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan vermişdir. Son illərdə bu istiqamətdə görülən tədbirlər, aqrar sahədə sahibkarlığın inkişafı, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaratmışdır.

Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılıq əməktutumluluğuna və ümumi məhsul buraxılışının həcminə görə yüksək göstəriciləri ilə seçilir.

Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov məxsusi olaraq AZƏRTAC-a açıqlamasında Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə kənd təsərrüfatının bu mühüm sahəsində əldə olunan inkişaf statistikasını rəqəmlərlə göstərib.

Onun sözlərinə görə, Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Məhz buna görə ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilib.

“Azərbaycanda 2003-cü ildə cəmi 99,6 min ton olan pambıq istehsal edilmişdisə, 2022-ci ildə 322,5 min ton olmuş və ya bu dövr ərzində 3,2 dəfə artmışdır. Eyni zamanda, ölkə üzrə pambığın məhsuldarlıq göstəriciləri müqayisə olunan illərdə 2,1 dəfə artaraq 2022-ci ildə 30,9 sent/ha-ya qədər yüksəlmişdir”, - deyə İ.Cümşüdov bildirib.

O qeyd edib ki, bu illər ərzində ölkə ərazisində pambığın əkin sahələri 37,5 min hektar və ya 1,6 dəfə genişləndirilmiş və 2022-ci ildə 104,3 min hektara çatdırılmışdır.

Ölkədə pambıq xammalı istehsalı ilə yanaşı, pambıqçılığın dəyər zəncirinin bütün mərhələləri üzrə istehsal həcmində də artım baş vermişdir. Belə ki, 2003-2022-ci illər ərzində pambıq mahlıcı istehsalı 2,3 dəfə, pambıq ipliyi istehsalı 5,2 dəfə, pambıq parça istehsalı isə 6,8 dəfə artmışdır. Həmçinin qeyd edək ki, ölkədə pambıq yağı istehsalı 2015-2022-ci illər ərzində 2,4 dəfə artmış və 5,8 min tona çatmışdır.

Nazirliyin rəsmisi bildirib ki, pambıqçılıq sahəsinin kompleks inkişafı məqsədilə görülən tədbirlər hesabına mahlıc, iplik, xam pambıq yağı və yem xammalı kimi pambıq məhsullarının ixrac göstəricisi 2003-2022-ci illər ərzində 5,8 dəfə və ya 176,4 milyon ABŞ dolları dəyərində artaraq 213,5 milyon ABŞ dolları olmuşdur. Xüsusilə qeyd edək ki, son 5 il ərzində qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı ilk beşlikdədir.

“Pambıqçılıqda istehsal və məhsuldarlıq göstəricilərinin artımı məhz istehsal üsullarının intensivləşdirilməsi, müasir texnologiyaların bu sahəyə tətbiq olunmasından irəli gəlir”, - deyə şöbə müdiri qeyd edib ki, beynəlxalq təcrübəyə əsaslanan müasir suvarma üsullarının, o cümlədən pivot suvarma sistemlərinin tətbiq edildiyi təqribən 5 min hektara yaxın pambıqçılıq sahələrindən effektiv nəticələr əldə olunmuşdur. Son illər ərzində pambıq əkinlərinin becərilməsində innovativ texnologiyalardan və yüksək reproduktiv pambıq toxumlarından istifadə genişlənmiş, həmçinin tirə və qoşa cərgə əkin üsullarından istifadə edilməklə, Çin və Türkiyə texnologiyalarının tətbiqi ilə bu sahədə xeyli irəliləyişlər əldə edilmişdir.

Bildirib ki, ölkədə pambıqçılıq sahəsi üzrə ixtisaslaşmış texnika sayı müqayisə olunan dövr ərzində təqribən 23,3 dəfə artıb. Belə ki, 2022-ci ilin rəsmi statistik məlumatlarına əsasən, ölkədə 512 ədəd pambıqyığan kombayn mövcuddur. Bu sahədə ixtisaslaşmış texnika ilə təminat səviyyəsi də müqayisə olunan dövrdə 24,5 dəfə artıb, hər min hektara düşən pambıqyığan kombaynların sayı isə 4,9-a qədər yüksəlib.

Pambıqçılıq sahəsində 20 illik dövr ərzində dövlət tərəfindən aparılmış islahatlara və bu sahədə əldə olunmuş nailiyyətlərə gəlincə, İ.Cümşüdov diqqətə çatdırıb ki, aqrar sahənin strateji və ölkəyə valyuta gətirən sahələrindən biri kimi pambıqçılıq müstəqillik dövründə dövlətin diqqət mərkəzində olub və son illər bu sahənin inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilib. Əlverişli təbii-iqlim şəraitinin, istehsal ənənələrinin və dövlət dəstəyinin mövcudluğu ölkəmizdə bu sahənin inkişaf etdirilməsi üçün zəmin yaradıb, məhz buna görə Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi qarşıya qoyulub.

İslahatlardan söz düşmüşkən, son illərdə bu istiqamətdə atılan addımların bəziləri aşağıda göstərilmişdir:

∙ Ölkədə pambıqçılığın inkişafına, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, pambıq və pambıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə, pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaradılması, xam pambıq və pambıq məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi məqsədilə “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanunu qəbul edilmişdir.

∙ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli Sərəncamı ilə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiyanın verilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 3 noyabr tarixli Qərarı pambıqçılığın inkişafı üzrə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etməklə sahənin inkişafına əlavə stimul vermişdir.

∙ Ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.

∙ “Aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılması məqsədilə pambıq istehsalçılarına Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,18 manat subsidiya verilir.

∙ Azərbaycan Respublikasında stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması, dövlət-özəl tərəfdaşlığının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə “Aqrar sığorta haqqında” 1617-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu imzalanmışdır.

∙ Aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılmışdır.

∙ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli Qərarı ilə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta haqqının 50 faiz hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir.

∙ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli Qərarı ilə "Aqrar sığorta Qaydaları" təsdiq edildikdən sonra aqrar sığorta müqavilələrinin bağlanması prosesinə başlanılmışdır. Həmin tarixdən etibarən Aqrar Sığorta Fondu tərəfindən pambıq bitkisinin dövlət dəstəyi ilə sığortalanması təmin edilir.

∙ Pambıqçılıq sahəsində istehsal resurslarından səmərəli istifadə edilməsi, çevik idarəetmə və inklüziv inkişafın təmin edilməsi baxımından mühüm rol oynayan “Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyası” İctimai Birliyi yaradılmış və 2019-cu il 13 fevral tarixdə Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmışdır.

∙ Qlobal iqlim dəyişikliyi və su ehtiyatlarının azalması fonunda quraqlığa, şoranlığa və digər abiotik ətraf mühit faktorlarına qarşı davamlı pambıq sortlarının yaradılması istiqamətində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə layihələr çərçivəsində 2018-ci ildən başlayaraq nüvə texnologiyası ilə bağlı metodlardan istifadə olunmaqla yerli iqlim şəraitinə uyğun və keyfiyyət standartlarına cavab verən yeni sortların yaradılması proqramına və torpaq, qida maddələri və su ilə bağlı ağıllı kənd təsərrüfatı təcrübələrinin tətbiqinə başlanılmışdır.

Nəticədə quraqlığa və şoranlığa davamlı pambıq sortlarının mutant M1, M2, M3, M4 xətləri alınaraq Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun seleksiya proqramlarına cəlb olunmuş, eyni zamanda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının fermer təsərrüfatlarında “ağıllı” kənd təsərrüfatı təcrübələrinin üstünlükləri fermerlərə nümayiş etdirilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 14 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb