Azərbaycanda torpaq sahələrinin ilk qeydiyyatı 2,1 dəfə artıb
Bakı, 23 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə, cari ilin iyul ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,1 dəfə artaraq 2539 olub.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin iyul ayı ərzində 21 min 367 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə, 15,5 faiz artım deməkdir.
Bu ilin iyul ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artaraq 5612 olub.
Qeyd edək ki, ümumilikdə, cari ilin yanvar-iyul ayları ərzində 195 min 597 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:52]
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb
- 05.06.2026 [11:50]
® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 05.06.2026 [11:48]
Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT
- 05.06.2026 [11:41]
Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb
- 05.06.2026 [11:40]
Azərbaycan-Almaniya Biznes Şurası yaradılacaq
- 05.06.2026 [11:38]
Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 16 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]