SİYASƏT
Azərbaycanı əbədi müstəqilliyə aparan böyük qurtuluş
Masallı, 14 iyun (AZƏRTAC). İyunun 14-də Masallı şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş “Əbədi müstəqilliyə aparan böyük qurtuluş” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirtakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Konfransda bildirilmişdir ki, Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 19 il keçir. Bir xalqın və bir dövlətin tarixi üçün bu, qısa zamandır. Amma həmin gündən ötən bu illər böyük dəyişikliklərlə yadda qalmışdır.
Ötən dövrdə ümummilli liderin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilmişdir.
Kofransda dünya siyasətində əzəməti və parlaq şəxsiyyəti ilə seçilən, müasirlərindən çox-çox irəlidə duran dahi öndərin bizə miras qoyduğu müstəqil Azərbaycanın onun şah əsəri olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, Heydər Əliyevin ideyaları bu gün də yaşayır və reallaşır, Azərbaycan sürətlə inkişaf edir, qüdrətli dövlətə çevrilir.
Milli Qurtuluş Günü ərəfəsində Masallı rayonunda 4 məktəbin - 640 şagird yerlik Xıl, 360 yerlik Öncəqala kənd, 220 yerlik Kəlbəhüseynli kənd tam orta, 180 yerlik Kosakül kənd ümumi orta məktəblərinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının təməli qoyulmuş, Heydər Əliyev Mərkəzində yenidənqurma işlərinə başlanılmışdır.
Axşam saatlarında şəhərin Heydər Əliyev parkında 15 iyun - Milli Qurtuluş Gününə həsr edilmiş konsert və atəşfəşanlıq olmuşdur.