Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanımızın böyük sənət “Karvan”ının sarbanı...

Azərbaycanımızın böyük sənət “Karvan”ının sarbanı...

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 100 il ötür

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan musiqi mədəniyyəti tarixinə bəstəkar istedadı, pedaqoq məharəti, ictimai xadim nüfuzu ilə daxil olmuş Soltan Hacıbəyov aydın yaradıcılıq siması, saf, şairanə dünya görüşü ilə fərqlənib. O, xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasından 100 il ötür. Prezident İlham Əliyevin aprelin 1-də imzaladığı Sərəncama uyğun olaraq ölkəmizin hər yerində görkəmli bəstəkarın yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil edilir.

Soltan Hacıbəyov 1919-cu ildə ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. Öz yaradıcılığında onlar Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçür, 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşamış və tərbiyə alır.

Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.

Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.

Böyük Vətən müharibəsi illərində S.Hacəbəyov qəlbi vətən məhəbbəti ilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. Ötən əsrin 40-cı illərində milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərib. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.

S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyil edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu, onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnib.

1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı, həm də təbiət təsvirləri vardır. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay - lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılıb. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir.

1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.

Ötən əsrin 50-ci illərində S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bu illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olub. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarır.

1950-ci illərdə bəstəkar Bolqarıstan və keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.

Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.

1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə cismən dünyasını dəyişir, mənən isə ikinci və... əbədi həyat yaşamağa başlayır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur VİDEO

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ