Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİNÇIXIŞI

-Hörmətli ismayıllılılar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün bu görüşə gəldiyinizə görə və mənə göstərdiyiniz hərarətli münasibətə, mehribanlığa görə sizlərə öz təşəkkürümü bildirirəm.

Bu gün Azərbaycanda bayramdır. Bu gün Azərbaycanın gözəl guşəsində, İsmayıllıda hörmətli cənab Prezident Heydər Əliyevin göstərişi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilib istifadəyə verilmiş evin açılışını qeyd edirik. Bu evdə Qarabağ müharibəsində öz fiziki sağlamlığını itirmiş insanlar yaşayacaq, şəhid ailələri yaşayacaqlar. Bu münasibətlə mən sizin hamınızı bir daha təbrik edirəm.

Azərbaycanda sosial məsələlərin həllinə daim diqqət göstərilir. Cənab Prezidentin göstərişləri əsasında bütün müvafiq qurumlar əlindən gələni edir ki, çətin vəziyyətdə yaşayan insanlara kömək göstərilsin. Bu açılış mənim iştirak etdiyim birinci mərasim deyildir. Bundan bir neçə il əvvəl cənab Prezidentlə birlikdə biz Qaradağ rayonunda məskunlaşmış qaçqınlar və məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün tikilmiş və hərəsi 50 mənzildən ibarət iki evin açılışını etmişdik. Yəni, bu ənənə, bu siyasət davam edir. Sizi əmin etmək istəyirəm ki, gələcəkdə də Azərbaycan hökuməti bu məsələyə daim diqqət göstərəcək, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri üçün eyni şəraitli yeni-yeni evlər tikiləcəkdir.

Bütün bu məsələləri həll etmək üçün, ümumiyyətlə, Azərbaycanda bütün sosial məsələləri həll etmək üçün, əlbəttə, iqtisadiyyatımız güclü olmalıdır. Heydər Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatlar, aparılan neft strategiyası bizə imkan verir ki, ölkəmizin valyuta ehtiyatları artsın, Azərbaycan zəngin dövlətə çevrilsin. Azərbaycan dövləti, hökuməti bu imkanlardan istifadə edib belə gözəl binalar tikir, qaçqınlar, məcburi köçkünlər üçün yeni qəsəbələr, şəhərciklər salınır.

İki gün bundan əvvəl mən Biləsuvar rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdüm. Orada böyük qəsəbələr tikilib istifadəyə verilibdir. 2500-dən artıq ailə yeni, müasir, yaxşı şəraiti olan evlərə köçürülübdür. Onlar əvvəllər çadır düşərgələrində yaşayırdılar. Yenə də deyirəm, bu siyasət davam etdirilir, Azərbaycan iqtisadi cəhətdən güclənir, ayağa qalxır. Əlbəttə ki, bizim imkanlarımız artıqca, ilk növbədə, sosial məsələlər öz həllini tapacaqdır.

Azərbaycanın çox gözəl perspektivləri, çox gözəl gələcəyi var. İslahatlar aparılır. O cümlədən torpaq islahatı aparılıb və sizlər, İsmayıllı rayonunda yaşayan, kənd təsərrüfatı ilə məşğul olan insanlar bunu yaxşı bilirsiniz və görürsünüz. Torpaq vergisindən savayı, kəndlilər bütün vergilərdən azad olunublar. Başqa yardımlar da edilir. Azərbaycan MDB dövlətləri arasında birinci ölkədir ki, bütün torpağı kəndlilərin mülkiyyətinə verib və onlar da bundan çox səmərəli istifadə edirlər.

Bizi gələcəkdə nələr gözləyir? Gələcəkdə, Azərbaycanda Heydər Əliyevin neft strategiyası həyata keçiriləndən, qarşımızda duran bütün irimiqyaslı layihələr başa çatdırılandan sonra Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. O vəsaitin hesabına Azərbaycan yenidən qurulacaq, yeni iş yerləri yaradılacaq, yeni binalar, qəsəbələr, səhiyyə, təhsil ocaqları – bunların hamısı olacaqdır. Artıq bunlar baş verir. Apardığımız işlərin nəticəsində son 20 gündə açdığımız müəssisələr, qəsəbələr bir daha onu göstərir ki, Azərbayanda aparılan siyasət ən düzgün siyasətdir. Bu siyasəti 1993-cü ildə Heydər Əliyev başladı və biz onu davam etdirəcəyik. Heydər Əliyevin siyasətini biz hamımız birlikdə davam etdirəcəyik.

İqtisadiyyatda əldə olunan və gələcəkdə də əldə ediləcək nəticələr bizə imkan verəcək ki, müharibədən əziyyət çəkmiş insanların həyat şəraitini yaxşılaşdıraq. Müharibə Azərbaycana böyük ziyan vurub, böyük bəlalar gətiribdir. Azərbaycan şəhidlər verib, müharibədən qayıdan insanlar öz fiziki sağlamlığını itiriblər. Əlbəttə, bu insanlara qayğı göstəriləcək, diqqət göstəriləcək və onların həyat şəraiti yaxşılaşdırılacaqdır. Amma əsas məsələ bundan ibarətdir ki, Azərbaycanın torpaqları işğaldan azad olsun.

Bilirsiniz ki, bu istiqamətdə işlər görülür, danışıqlar gedir. Biz çalışırıq ki, bütün beynəlxalq təşkilatlarda Ermənistan işğalçı dövlət kimi tanınsın. Biz Avropa Şurasında buna nail ola bildik. Baxmayaraq ki, Ermənistan tərəfi çox güclü müqavimət göstərirdi. Baxmayaraq ki, onları dünyada dəstəkləyən dairələr həddindən artıq çoxdur, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində Avropa Şurası dünyada ilk dəfə Ermənistanı işğalçı dövlət kimi tanıdıb və onun siyasətini pisləyibdir. Bu, bizim böyük qələbəmizdir və gələcəkdə danışıqlar prosesində müsbət rol oynayacaqdır.

Əgər Ermənistanda fikirləşirlərsə ki, bizim torpaqlarımızı işğal edib və bundan da hansısa üstünlük əldə ediblər - onlar səhv edirlər. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaz, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarını azad edəcəkdir.

Biz istəyirik bunu sülh yolu ilə həll edək. Amma görsək ki, sülh yolu ilə mümkün deyil, onda bizim güclü ordumuz var, güclü xalqımız var, iradəmiz, cəsarətimiz var. Torpaqlar azad olunacaqdır.

İndi baxın və Ermənistanda olan vəziyyəti və Azərbaycanda olan vəziyyəti müqayisə edin. Ermənistan tamamilə böhran içindədir. Hər şey dağıdılıbdır. Ölkə borc içindədir. Qalan müəssisələrini də borcun əvəzinə başqa ölkələrə təhvil verir. İşsizlikdir, iqtisadi inkişaf yoxdur, bir dənə də daş daş üstə qoyulmur. Azərbaycan isə inkişaf edir. Azərbaycanın valyuta ehtiyatları 1 milyard 400 milyon dollar səviyyəsindədir. Əlbəttə, Ermənistanda belə imkanlar yoxdur. Onlar sadəcə olaraq, xaricdə yaşayan ermənilərin və bəzi ölkələrin hesabına yaşayırlar. Gələcəkdə bu, özünü daha açıq-aydın büruzə verəcəkdir. Azərbaycan iqtisadi cəhətdən güclü dövlətə çevriləcəkdir, Ermənistan isə tənəzzülə uğrayacaqdır.

Orada, təxminən Azərbaycanda 1992-1993-cü illərdə olan vəziyyət yaranmışdır. O vaxt Azərbaycan böhran içində idi. Azərbaycana rəhbərlik edən səviyyəsiz, səriştəsiz şəxslər, indiki müxalifət ölkəyə böyük bəlalar gətirmişdilər, Azərbaycan uçurum kənarında idi. Azərbaycanda anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Quldur dəstələri meydan sulayırdı. Azərbaycan parçalanırdı, iqtisadiyyat tamamilə dağıdılmışdı. Belə olan vəziyyətdə hakimiyyətdəkilər öz canlarından qorxaraq, Heydər Əliyevə müraciət etdilər. Azərbaycan xalqı da Heydər Əliyevə müraciət etdi, Heydər Əliyevi dəvət etdi. 1993-cü ildə Heydər Əliyev Azərbaycana gəldi, onu xaosdan, anarxiyadan qurtardı. Azərbaycanda sabitlik yarandı, iqtisadi inkişaf başladı. İndi Azərbaycan yaşayır və bundan sonra da yaşayacaqdır.

O vaxt Azərbaycanı bu çətin vəziyyətə salan insanlarda mənəvi haqq olmamalıdır ki, yenidən xalqın qarşısına çıxsınlar, öz fikirlərini söyləsinlər. Amma mən hesab edirəm ki, onların bu seçkiqabağı kampaniyada iştirakı Azərbaycan xalqı üçün çox lazımdır. Ona görə ki, onlar bir daha özlərini xalqın qarşısında biabır edirlər. Bir daha göstərirlər ki, xalq üçün heç nə etməyiblər və etmək fikrində də deyillər.

Xalq hər şeyi görür. Hər kəsə də gördüyü işlərə görə qiymət verir. Müxalifətə sual vermək lazımdır ki, bu on ildə onlar nə ediblər? Öz kabinetlərində oturublar, öz çirkin qəzetlərində iqtidara, cənab Prezidentə, Azərbaycan xalqına böhtan yağdırırlar, təhqir edirlər. Bu on il ərzində ancaq böhtan, yalanla məşğul olublar. Bir dəfə də olsun gəlib soruşublar, sizinlə bir dəfə görüşüblər?!

YERDƏN SƏSLƏR: Xeyr.

İLHAM ƏLİYEV: Bəli, bu onları maraqlandırmır. Belə olan halda hansı üzlə gəlib xalqdan səs istəyirlər? Azərbaycan xalqı onları 1993-cü ildə bir dəfə qovub və bir də heç vaxt hakimiyyətə gələn deyillər. Azərbaycanda onlar kimi qorxaqlardan heç vaxt Prezident olmaz.

Qarşımızda duran bəzi problemlər də gələcəkdə həll olunacaqdır. Mən dedim ki, Azərbaycan hərtərəfli inkişaf edir. Beynəlxalq aləmdə özünə layiq yerini tuta bilibdir, Azərbaycanla hesablaşırlar, hörmət edirlər. Son həftələr ərzində mən müxtəlif ölkələrdə olarkən, dövlət və hökumət başçıları ilə görüşərkən bir daha əmin oldum ki, Azərbaycana, Heydər Əliyev siyasətinə böyük hörmət və rəğbət vardır.

Azərbaycan iqtisadi baxımdan bütün keçmiş sovet respublikaları arasında birinci yeri tutur. Ölkəmizdə sosial məsələlər həll olunur, işsizlik aradan qaldırılır. Ehtiyac içində yaşayanlar üçün gözəl binalar, qəsəbələr salınır. Amma problemlərin həllinə yönəlmiş səylər gələcəkdə daha da artırılmalıdır. Azərbaycanda işsizlik tamamilə aradan qaldırılmalıdır və bu istiqamətdə hökumət öz tədbirlərini görəcəkdir. Xüsusi bir proqram hazırlanır. O proqram çərçivəsində Azərbaycanda 600 min yeni iş yeri açılacaqdır. Yoxsulluqla mübarizə aparılır. Düzdür, Azərbaycanda Prezident Heydər Əliyevin Fərmanları əsasında insanların böyük bir qrupunun maaşları, təqaüdləri artırılıbdır. 40-50 faiz artım olubdur. Amma bu, yenə də kifayət etmir. Biz bilirik ki, bu da azdır və bu istiqamətdə də gələcəkdə gözəl şərait yaradılacaqdır. Bizə bunu etmək üçün gərək vəsait daxil olsun. Vəsait də Azərbaycanda Heydər Əliyevin neft strategiyası həyata keçiriləndən sonra daxil olacaqdır.

2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilib istifadəyə veriləndən sonra Azərbaycanda həyat səviyyəsi qat-qat yüksələcəkdir. Məhz ona görə ermənilər bu neft kəmərinin əleyhinə kampaniya aparırlar. Biz onları başa düşə bilərik. Onlar bizim düşmənlərimizdir. Təbiidir, onlar qorxurlar ki, Azərbaycan neft kəmərləri vasitəsilə güclü iqtisadiyyat yaradıb, münaqişə məsələsini ədalətli şəkildə öz xeyrinə həll edəcəkdir.

Mən müxalifəti başa düşmürəm. Onlar da bu neft kəmərinin tikilməsinin əleyhinədirlər. Nəyə görə? Çünki bilirlər ki, o, tikilib istismara veriləndən sonra Azərbaycanda həyat səviyyəsi qalxacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq və heç onların üzünə də baxmayacaqdır. Belə olan halda, biz bir daha əmin oluruq ki, ermənilərin və bizim müxalifətin maraqları üst-üstə düşür. Nəzərə alsaq ki, onların qohumları da ermənilərdir, onda təəccüblənməli bir şey yoxdur. Ona görə mən bir daha demək istəyirəm ki, Azərbaycanda Heydər Əliyevin siyasətinə alternativ siyasət ola bilməz və yoxdur. Azərbaycan xalqı heç bir başqa siyasəti qəbul etməyəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti dünən xalqa müraciət edibdir. Sizin bundan xəbəriniz var. Biz hamımız çox istəyirdik ki, cənab Prezident bu seçkilərdə iştirak etsin. Amma səhhətində yaranan problemlər buna imkan vermir. Buna baxmayaraq, - biz daim əlaqə saxlayırıq, - bərpa prosesi uğurla davam edir və yaxın gələcəkdə o, Vətənə dönəcəkdir, sizinlə bir yerdə olacaqdır. Amma onun siyasəti davam etdiriləcəkdir. Bu gün seçkilərdə mən iştirak edirəm və ümidvaram ki, xalqın dəstəyinə arxalanaraq, Azərbaycanı parlaq gələcəyə bir yerdə aparacağıq.

Əziz dostlar!

Əziz bacılar, qardaşlar!

Əziz ismayıllılılar!

Mən sizi bu gözəl binanın açılışı münasibətilə bir daha ürəkdən təbrik edirəm, hamınıza uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram. Çox sağ olun.

X X X

ƏLİ NAĞIYEV: Əziz həmvətənlər, bu binada mənzil alan sakinlər. İlham müəllimin vaxtı çox məhduddur, biz onun vaxtına hörmət etməyə borcluyuq. Amma sizin icazənizlə, bir neçə orderi təqdim etsin, mənzillərə baxsın, sakinlərin bir neçəsini təbrik etsin. Bəyan edirəm ki, İlham müəllim 27 mənzilin hər biri üçün xaricdə istehsal olunan televizor hədiyyə gətiribdir. Bu gün onların hamısını siz alacaqsınız.

X X X

Baş nazir İlham Əliyev 10-cu mənzilin sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Sübhan Hüseynova, 11-ci mənzilin sakini, birinci qrup Qarabağ müharibəsi əlili Neməddin Məmmədova, 12-ci mənzilin sakini, ikinci qrup Qarabağ müharibəsi əlili Əlişir Məcidova yeni mənzillərin açarlarını təqdim etdi, onları bir daha təbrik etdi.

Sonra Azərbaycan hökumətinin başçısı binanın açılışını bildirən lenti kəsdi, mənzillərlə yaxından tanış oldu.

Mərasimdə Prezidentin İcra Aparatının şöbə müdirləri Yusif Hümbətov, Əli Həsənov, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı