İDMAN
AZƏRBAYCANIN FUTBOL ÜZRƏ YIĞMA KOMANDASI FİFA-NIN REYTİNQİNDƏ İRƏLİLƏMİŞDİR
Bakı, 3 mart (AZƏRTAC). FİFA milli futbol komandalarının növbəti reytinqini açıqlamışdır. Azərbaycan yığması 251 xalla 109-cu (bir ay əvvəl 114-cü) yerdədir.
Avro-2012 seçmə turnirinin “A” qrupu üzvləri sırasında Azərbaycan yığması Qazaxıstan komandasını (127-ci yer, 190 xal) geridə qoyaraq, axırıncıdan əvvəlki yeri tutur. Almaniya yığması liderdir (5-ci yer, 1208 xal). İkinci yerdə Türkiyə (41-ci yer, 739 xal), üçüncü yerdə Avstriya (56-cı yer, 567 xal), dördüncü yerdə isə Belçika (68-ci yer, 491 xal) yığma komandalarıdır.
Birinci onluqda müəyyən dəyişikliklər olmuşdur. İlk dörd yerdə əvvəlkitək İspaniya, Braziliya, Hollandiya və İtaliya komandalarıdır. Almanlar Portuqaliyanı ötərək beşinci yerə keçmişlər. Fransa yığması yeddinci yerdə qalmışdır. İngiltərə və Argentina komandaları isə müvafiq olaraq səkkizinci və doqquzuncu yerləri tuturlar. Onuncu yerə isə Yunanıstan yığması yüksəlmişdir.