Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Şuşanın görkəmli şəxsiyyətlərinin rolu – Üzeyir Hacıbəyli və Xan Şuşinski VİDEO

Şuşa, 19 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm, maarif, musiqi və incəsənət xadimlərinin vətəni hesab edilir. XIX əsrin ikinci yarısında Şuşa şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı təbəqəsi Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib. Onun qeydlərini təqdim edirik.

Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab, Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Fatma xanım Kəminə, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Kərim bəy Mehmandarov, Həmidə xanım Cavanşir, Həsənəli xan Qaradaği, Nəriman bəy Nərimanbəyli, Bədəl bəy Bədəlbəyli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Ceyhun bəy Hacıbəyli, Bəhram bəy Axundov, Sürəyya Ağaoğlu, Səməd bəy Mehmandarov, Fərəc bəy Ağayev, Yaqub Quliyev, Aslan Qaraşarov, Aliyə Rüstəmbəyova və onlarla dünyaşöhrətli xadimin həyatında Şuşa mühitinin mühüm rolu olub.

Şuşa XIX əsrin II yarısından mədəni mərkəzə çevrilmiş və Azərbaycan musiqisinin yüksəlişinə səbəb olmuşdur. Hacı Hüsü, Əbdülbaği Zülalov (Bülbülcan), Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Keçəçi oğlu Məhəmməd, Sadıqcan (Mirzə Sadıq), Məşədi Zeynal, Məşədi Cəmil Əmirov, Əhməd Ağdamski (Bədəlbəyli), İslam Abdullayev, Məcid Behbudov, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Qurban Pirimov, Bülbül, Rəşid Behbudov və bir çox başqaları Şuşanın yetirdiyi, eləcə də bütün Yaxın Şərqdə məşhur olan xanəndə və sənətkarlardır.

Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi - Üzeyir Hacıbəyli

Şuşa orada doğulmuş, şöhrətləri bütün dünyaya yayılmış bəstəkarların vətəni kimi də məşhurdur. Belə ki, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir mərhələnin yaranması milli opera məktəbinin banisi, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi Üzeyir Hacıbəyli 1885-ci ildə anadan olub, Şuşada böyüyüb və təhsil alıb, bir çox alətlərdə ifa etmək bacarıqlarına da yiyələnib. O, Azərbaycan musiqi mədəniyyəti tarixində yeni istiqamət olan milli bəstəkarlıq məktəbinin əsasını qoyub. Üzeyir Hacıbəyli Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmış dahi bəstəkar, ilk azərbaycanlı folklorçu-bəstəkar, həmçinin ilk azərbaycanlı musiqişünas-alimdir. O, həm də publisist, felyetonçu və librettoçu-dramaturq, həmçinin Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan tarixində və mədəniyyətində dərin iz qoyub. Üzeyir Hacıbəyli öz yaradıcılığında Qərb və Şərq musiqi üslublarını birləşdirərək, Azərbaycan xalq musiqisinin elementlərini klassik Avropa ənənələrinə uyğunlaşdırıb. Bu metoddan istifadə edərək o, 1908-ci ildə dahi Azərbaycan şairi Füzulinin eyniadlı poeması olan “Leyli və Məcnun” əsəri ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsasını qoyub. Üzeyir Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm", "Harun və Leyli" muğam operalarını bəstələmişdir. Onun "O olmasın, bu olsun", "Ər və arvad", "Arşın mal alan" musiqili komediyaları müxtəlif dillərə tərcümə edilmiş və xarici ölkələrdə sevilə-sevilə baxılan əsərlərdəndir. Üzeyir Hacıbəyli 1931-ci ildə Azərbaycanda ilk notlu çalğı alətləri orkestri təşkil etmiş və dirijoru da məhz özü olub. Dahi bəstəkarın ən tanınmış əsəri 1936-cı ildə yazılmış “Koroğlu” operası hesab olunur. Ümumilikdə, o, 7 opera və 3 operetta yazmışdır. Bundan əlavə, Azərbaycan opera məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyli “Sənsiz” və “Sevgili canan” kimi əsərlər yaradaraq “romans-qəzəl” adlı kamera vokal musiqisində yeni janrın da təməlini qoyub.

Üzeyir Hacıbəyli dahi bəstəkar, Azərbaycan opera musiqisinin banisi olmaqla yanaşı, istedadlı publisist və ictimai-siyasi xadim kimi də tanınıb. Çoxşaxəli fəaliyyətinin bir istiqaməti də heç şübhəsiz, onun publisistik yaradıcılığı ilə bağlıdır. Onun “Azərbaycan”, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında 700-ə yayın məqalə, felyeton və satirik miniatürləri dərc olunub. O, yazılarını bu imzalarla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üzeyir”, Ü.Hacıbəyli”, “Behmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”. Üzeyir Hacıbəyli “Ordan-burdan”, “O yan, bu yan” başlıqları altında olan felyetonlarına “Filankəs” imzası qoymuşdu. Onun mətbu fəaliyyətinin böyük dövrü məhz “Molla Nəsrəddin” jurnalı ilə bağlı olub, publisist yazılarını daha çox “Ordan-burdan” başlığı altında dərc etdirməklə xalqın problemlərini, xüsusən satiranın dili ilə geniş ictimaiyyətə çatdırmağa çalışıb. Üzeyir Hacıbəylinin üç kitabı nəşr edilib: “Hesab məsələləri” (1908), “Türk-Rusi və Rusi-Türk lüğəti” (1907), “Azərbaycan xalq musiqisinin əsasları”(1945). O, Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib, məktəbdə rus dili, hesab, tarix və musiqidən dərs deyib, ilk yazılarını məhz Cəbrayıl qəzasından “Kaspi” qəzetinə göndərib.

1905-ci ildə Bakıya gələrək Bibiheybət neft rayonunda fəhlələrin uşaqları üçün nəzərdə tutulan məktəbdə çalışıb. 1918-1920-ci illər ərzində Üzeyir Hacıbəyli kiçik qardaşı, ictimai xadim, yazıçı, jurnalist və tarixçi Ceyhun Hacıbəyli ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak edib. O, “Azərbaycan” qəzetində ilk müstəqil dövlətimizin - Şərqdə demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini geniş təbliğ edib. “İstiqlaliyyət”, “Vəzifəmiz nədir”, “Cümhuriyyət”, “Parlament”, “Qarabağ haqqında”, “Ordumuz”, “Bir yaş”, “Bayrağımız sarsılmaz” və digər mühüm məqalələri dərc olunub. Üzeyir Hacıbəyli 1918-ci ildə Azərbaycanın Dövlət Himnini bəstələyib, sovet dövründə Azərbaycan SSR-in yeni himninin sözlərini və musiqisini yazıb, sonrakı illərdə onun təşəbbüsü ilə yaradılan Bakı Musiqi Kollecinə rəhbərlik edib. Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi olmaqla yanaşı, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938-1948) olub. Onun Şuşada və Bakıda ev-muzeyləri açılıb, heykəlləri ucaldılıb. Azərbaycan Dövlət Konservatoriyasına (Bakı Musiqi Akademiyası), Azərbaycan Dövlət Simfonik Orkestrinə onun adı verilib. Hər il Azərbaycanda Üzeyir Hacıbəylinin anadan olduğu gün - 18 sentyabr “Musiqi günü” kimi qeyd edilir. Onun bütün əsərləri çap olunub və UNESCO-nun qərarı ilə 100, 110, 120 illik yubileyi beynəlxalq miqyasda keçirilib.

Azərbaycan muğam sənətinin xanı - Xan Şuşinski

Azərbaycan milli musiqi sənətinin nümayəndəsi Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci ildə Şuşada anadan olub. Qarabağın qədim Cavanşirlər soyunun nümayəndəsi olan gənc İsfəndiyar Aslan oğlu 16 yaşında ikən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını verib. Xan Şuşinskinin bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük rolu olub. Onun repertuarında muğamlarla yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub.

Xan Şuşinskinin Azərbaycan Dövlət Filarmoniyasının solisti olana kimi Qarabağın musiqi həyatında müstəsna xidmətləri olub. O, 1929-cu ildə Ağdamda yerli musiqiçilərdən ibarət Xalq Çalğı Alətləri Ansamblı yaradıb. Bununla yanaşı, 1938-1939-cu illərdə Xan Şuşinski Ağdam Müəllimlər Evində muğam sinfi açıb. 1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Cənubi Qafqaz xalqlarının birinci incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanaraq birinci mükafata layiq görülmüş, o cümlədən əsl yaradıcı sənətkar kimi Azərbaycan milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirib. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. 1939-cu ildən 1971-ci ilə kimi Xan Şuşinski Bakıda, Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində, eyni zamanda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində müəllimliklə də məşğul olub. 1973-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində xanəndəlik sinfində dərs deməyə başlayıb və ömrünün sonuna kimi pedaqoji sahədə çalışıb.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməmiş, həmçinin Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış. O, bir sıra ölkələrdə qastrol səfərlərində olub və öz istedadı ilə Azərbaycanı ləyaqətlə təmsil edib. Xan Şuşinski 1979-cu ildə vəfat edib.

Şuşanın əsl tarixi siması və memarlıq abidələri bərpa edilir

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gündə aparılan uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.

Şuşa - Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Bu baxımdan, Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası mühüm əhəmiyyət kəsb edir.

Şuşa işğaldan azad edildikdən dərhal sonra şəhərin bərpası istiqamətində işlərə başlanıldı. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyi 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq digər abidələr kimi dağıdılmışdı. Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyi münasibətilə 1985-cil ildə Şuşada, dahi bəstəkarın doğulduğu evin qarşısında, Xurşidbanu Natəvanın bağında qoyulmuş monumental abidəsi də erməni işğalçıları tərəfindən məhv edilmişdi.

Keçən il avqustun 29-30-da Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada bir sıra tədbirlər keçirildi və Şuşa şəhərinin Baş planı təqdim olundu. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva səfər zamanı Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olub, bəstəkarın bürüncdən hazırlanan heykəlinin açılışında iştirak ediblər.

Ötən il sentyabrın 18-də ilk dəfə Şuşada Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti keçirildi. Hər il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan bu tədbir Şuşada, onun heykəlinin ucaldığı parkda təşkil edildi.

Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Şuşanın görkəmli şəxsiyyətlərinin rolu – Üzeyir Hacıbəyli və Xan Şuşinski VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

® 1-ci Milli Maliyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Gənclər Kitabxanasında bəstəkar Əşrəf Abbasovun 105 illik yubileyi münasibətlə virtual kitab sərgisi hazırlanıb

Ödənişi gecikdirilmiş 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Paytaxt sakini Zaqatalada dəm qazından boğularaq ölüb

FHN bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə müraciət edib

SOCAR uyğunluq sahəsində yeni təlim proqramına start verib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə II tura start verilir

Yeni göz damcıları görmə itkisini yavaşlada bilər - TƏDQİQAT

Misir XİN: Aİ-dən 4 milyard avro maliyyə yardımı alacağımızı gözləyirik

Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

Almaniya İnkişaf Bankı Misirin təmiz enerji layihələrinə növbəti maliyyə yardımı ayırır

Rustem Umerov: Ər-Riyada Ukrayna və Amerika nümayəndə heyəti arasında görüş konstruktiv keçib

Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?

Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb

Londondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Qazaxıstana məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib

ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib

İsveçrənin paytaxtında Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır

Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib

Millətlər Liqası: Türkiyə yığması Macarıstana üç cavabsız qolla qalib gəlib

Azərbaycanın veteran futbolçusu vəfat edib

“Sağlamlığa doğru qaç!” adlı layihəyə Hacıqabulda start verilib VİDEO

Sabunçuda narkotiklərlə bağlı əməliyyat: 528 qram heroin və digər maddələr ələ keçirilib

Kanadanın yeni Baş naziri növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib

Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir

Parisdə “Natəvan” məktəbinin şagirdləri Novruz bayramını qeyd ediblər VİDEO

“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir

Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub

Şərurda fermada, Kəngərlidə yaşayış evində yanğın olub

Şəki teatrı bayram günlərində uşaqları əyləncəli proqramla sevindirir

Mingəçevirdə evdə qaz sızması ölümlə nəticələnib

Elnarə Rəsulova: Novruz milli dəyərlərimizin ruhudur və hər bir naxışda, hər bir rəngdə yaşayır

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Yağıntılı və küləkli hava şəraiti martın 25-dək davam edəcək

Faktiki hava: Əksər bölgələrdə fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir

XXI Moskva konfransında Şəmkirin numizmatik tapıntıları barədə məruzə edilib

Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Misir qəzetində Azərbaycan xalqının ikili standartlara məruz qalmasından yazılıb

Norveçdə İkinci Dünya müharibəsi dövrünə aid hava bombası zərərsizləşdirilir

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb

İstanbulda Azərbaycanın milli-mədəni dəyərləri nümayiş etdirilib

Aktauda Novruz bayramında Azərbaycan mədəniyyəti təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Kişineuda Novruz şənliyi təşkil olunub

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın yağıntılı olacağı gözlənilir

Tələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin kütləvi çoxaldılması işinə başlayıblar VİDEO

Rəvan Həsənov: Novruz bayramı xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir

“Korean Air” şirkəti 32,7 milyard dollarlıq “Boeing” təyyarəsi alacaq

Rusiya Federasiya Şurasının telekanalı Matviyenkonun Bakıya səfəri ilə bağlı süjet hazırlayıb

Narkotik vasitənin təsiri altındakı sürücünün “ağ ölümü” avtomobilində daşıdığı məlum olub

Berlində çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var

Bu gün Ümumdünya Meteorologiya Günüdür

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrinin həbsinə qərar verilib

Azərbaycan Prezidenti: Pakistanla strateji tərəfdaşlığın hazırkı səviyyəsi böyük məmnunluq doğurur

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

Zalsburq Azərbaycan Evində Novruz şənliyi təşkil olunub

Kiyevə hava hücumu edilib, azı 3 nəfər həlak olub

Zaqatala sakini evində yanıb VİDEO

XİN: Ermənistan xarici işlər nazirinin iddiaları tamamilə əsassızdır

BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb