İDMAN
Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol yığması İsrail millisinə qalib gələrək dörddəbir finala yüksəlib [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/14352295743414829664_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352295743117218138_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352295743559459110_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435229574544662277_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352295741725714054_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352295742939221582_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352295746413312315_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352295741054631302_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352295742269527589_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352537713622849743_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352537711822333341_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352537714038928745_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143525377135517251_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352537711452737796_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435253771351318771_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352537712657745714_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435253771595723495_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435253771511957522_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435253771344359596_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435253771417054032_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352537714808551351_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352537716244112726_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352537716396535941_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435253771227336591_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352537711923014517_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143525377152974394_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352537713722563153_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352541142010349358_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352541143886921040_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352541144539863046_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352541143488218417_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352541141429017165_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143525411444921139_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352541144452131757_1200x630.jpg)
Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol yığması İsrail millisinə 19:14 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib.
Millimiz növbəti mərhələdə İspaniya komandası ilə görüşəcək.
Kişilər arasında yarışlarda Serbiya və Litva milliləri də dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Qadın komandaların mübarizəsində isə Rusiya və İrlandiya yığmaları dörddəbir final mərhələsinə adlayıb.
17:24
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası səkkizdəbir final mərhələsində litvalı rəqiblərini 17:10 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.
Komandamızın növbəti mərhələdəki rəqibi İspaniya yığması olacaq.
17:05
Qadın komandaların 3x3 basketbol yarışlarında İsveçrə, Sloveniya, Yunanıstan, Ukrayna yığmaları dörddəbir final mərhələsinə adlayıb.
Kişilər arasında yarışda isə Sloveniya, Yunanıstan, Rusiya və Çexiya milliləri dörddəbir final mərhələsinə yüksəliblər.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığmasının səkkizdəbir final mərhələsində Litva millisi ilə oyunu başlayıb. Digər səkkizdəbir qarşılaşması isə İspaniya və Türkiyə komandaları arasında keçirilir.
15:05
Bakı, 25 iyun, Məmməd İsayev, AZƏRTAC
“Bakı-2015” çərçivəsində Avropa Oyunları Parkında keçirilən kişilər və qadın yığmaları arasında 3x3 basketbol yarışları davam edir.
Kişi və qadın komandaların mübarizə apardığı yarışlarda yığmalar Oyunların qızıl medallarını qazanmaq uğrunda mübarizə aparırlar.
Ötən gün basketbol yarışlarının ikinci günü Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət komandaları üçün uğurlu olub. Hər iki komandamız səkkizdəbir final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, iyunun 25-də yarışların üçüncü günündə qadınların mübarizəsində Azərbaycanın 3x3 basketbol komandasının səkkizdəbir final mərhələsindəki rəqibi Litva basketbolçuları olacaqlar. Bu mərhələni adlayacağı təqdirdə millimiz dörddəbir finalda İspaniya-Türkiyə qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Kişilər arasında 3x3 basketbol yarışlarında isə Azərbaycan yığması səkkizdəbir final mərhələsində İsrail millisi ilə qarşılaşacaq. Yığmamız rəqibini məğlub edəcəyi təqdirdə dörddəbir finalda İspaniya - İtaliya görüşünün qalibi ilə qarşılaşacaq.
Ümumilikdə dörd gün davam edəcək 3x3 basketbol yarışlarında qaliblər iyunun 26-da müəyyənləşəcək.