Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycanın regionları son 10 ildə: dinamik inkişafın xronikası
Qax rayonunun hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır

Qax, 16 iyul (AZƏRTAC, Mustafa Dadaşov). Əsrarəngiz təbiəti, mülayim və saf dağ iqlimi, zəngin fauna və florası, yeraltı və yerüstü su sərvətləri, çayları, şəlalələri, mineral bulaqları, meşələri, habelə ləziz mətbəxi və yüksək qonaqpərvərliyi ilə seçilən Qax rayonu ilin bütün fəsillərində turistləri özünə cəlb edir. Qədim tarixə, yüksək mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır.

Prezident İlham Əliyev Qax rayonuna səfərlərindən birində ictimaiyyət nümayəndələri ilə görüşündə deyib: “Mənim yadımdadır, keçən dəfə burada olanda “Uludağ” turizm mərkəzinə baş çəkmişdim. İndi belə yerlər çox olmalıdır və çox yaxşı olar ki, belə turizm yerləri yüksək səviyyədə olsun. Yüksək səviyyədə olsa, dünyanın istənilən yerindən buraya turistlər gələcəkdir. Çünki belə təbiət az yerlərdə var. Mən dünyanı görmüşəm, çox ölkələrdə olmuşam. Çox nadir hallarda belə gözəl təbiət, təbii iqlim, hava - yəni turizmin inkişafı üçün lazım olan bütün şərait vardır. Siz Azərbaycanın belə, ən gözəl guşələrinin birində yaşayırsınız”.

Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər rayonda turizm infrastrukturunun yaradılması və genişləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda rayonda 11 turizm obyekti fəaliyyət göstərir. Turizm mərkəzlərində yerlərin sayı artırılaraq 700-ə çatdırılıb. Rayon mədəniyyət və turizm şöbəsinin məlumatına görə, 2013-cü ildə rayona gələn turistlərin sayı 20 min nəfəri ötüb. Cari ilin birinci yarısında isə rayona 4500 nəfərə yaxın turist gəlib. Turizm mövsümünün yenicə başlandığını nəzərə alsaq, ilin sonunadək bu göstəricinin xeyli artacağını proqnozlaşdırmaq olar. Bu rəqəmlər rəsmi statistikaya əsaslanır. Qeyri-rəsmi, yəni evlərdə qalan turistlərin sayını da bura əlavə etsək, bu göstərici daha da artacaqdır.

Bəs, görəsən, bu müəssisələr yeni turizm mövsümünə necə hazırlaşıblar, rayona gələn turistlər onlara göstərilən xidmətlərin çeşidindən və keyfiyyətindən razıdırlarmı, qiymətlər onları qane edirmi?

AZƏRTAC-ın müxbiri bu suallara cavab tapmaq məqsədilə rayonun turizm və istirahət mərkəzlərində olub, mövcud vəziyyətlə maraqlanıb.

Üz tutduğumuz ilk ünvan Azərbaycanın ən dilbər guşələrindən biri sayılan qədim İlisu kəndindəki “Uludağ” turizm və istirahət mərkəzidir. Kəndin yuxarı hissəsində, uca dağlarla əhatə olunmuş ərazidə yaradılan, 4 hektara yaxın ərazisi olan, 2006-cı ildə dövlətimizin başçısının xeyir-duası ilə açılan bu mərkəz ailəvi istirahət üçün nəzərdə tutulub. Kompleksdə istirahətçilər üçün hər cür şəraiti olan kottec tipli mənzillər, idman meydançaları, 3 hovuz və çoxlu sayda əyləncələr fəaliyyət göstərir.

Turizm və istirahət mərkəzinin direktoru Zabit Əhmədov bildirdi ki, ilk mərhələdə mərkəz yalnız 50 nəfər turisti qəbul etmək imkanına malik idisə, hazırda yerlərin sayı artırılaraq 150-ə çatdırılıb. Yeni kotteclərin tikilməsi sayəsində yaxın illərdə istirahət mərkəzində eyni vaxtda 200 nəfərdən artıq turistin yerləşdirilməsi mümkün olacaqdır. Gələcəkdə obyektin ərazisində əyləncə mərkəzinin tikintisi də nəzərdə tutulur. Bu məqsədlə Türkiyə şirkəti ilə ilkin razılıq əldə olunub.

Mərkəzin rəhbərinin bildirdiyinə görə, “Uludağ”ın ən önəmli və fərqli cəhətlərindən biri də burada müalicə əhəmiyyətli vannaların olmasıdır. Bu məqsədlə İlisu kəndindən 6 kilometr aralıda yerləşən Hamamçay dərəsindən istirahət mərkəzinə boru kəməri ilə bir çox xəstəliklərin əlacı, möcüzəli termal bulaqların suyu gətirilib və radon vannaları qurulub. Mərkəzdə qiymətlər də münasibdir. Səhər yeməyi də daxil olmaqla, bir nəfərin gün ərzində qalma xərci 30 manat təşkil edir.

Turistlərlə söhbətdən məlum oldu ki, onlar yaradılmış şəraitdən, bu yerlərin havasından, iqlimindən, təbiətindən çox razıdırlar. Bəziləri bir neçə günlük gəlsələr də, geri qayıtmaq istəmir, qalma müddətini uzadırlar.

Kəndin girəcəyindəki “Səngər qala” istirahət mərkəzi arxitektura baxımından turistlərin diqqətini daha çox özünə cəlb edir. Mərkəz hələlik iaşə obyekti kimi fəaliyyət göstərir. Bənzərsiz arxitekturası ilə fərqlənən bu istirahət mərkəzində inşa edilən 45 mənzilli, 90 yerlik, 6 mərtəbəli otel binasının tikintisi artıq tamamlanmaq üzrədir və tezliklə turistləri qəbul edəcəkdir.

Kəndin aşağı hissəsində fəaliyyət göstərən “İlisu” pansionatı bu ərazidə yaradılan ilk istirahət mərkəzlərindəndir. İki hektar ərazisi olan bu mərkəzdə kottec tipli 10 mənzil, habelə 3 əlavə bina yerləşir. Burada qiymətlər olduqca münasibdir. Gündə 3 dəfə yemək daxil olmaqla, bir nəfərin gün ərzində qalma xərci 30 manatdır. Burada ilk dəfə istirahət etdiklərini bildirən Bakı şəhərinin sakinləri Qüdrət Əliyeva və Rəbiyyə Məmmədova yaradılmış şəraitdən ağızdolusu danışaraq hər il bura istirahətə gələcəklərini vurğulayırlar.

Kəndin ərazisində yerləşən “Yaşıl park” ailəvi istirahət mərkəzi də yerli və xarici turistləri daim özünə cəlb edir. Mərkəzdə 22 kottec, həmçinin hovuz, sauna, uşaq əyləncələri fəaliyyət göstərir. Digər obyektlərdə olduğu kimi, burada da bir nəfərin qalma xərci səhər yeməyi də daxil olmaqla 30 manat təşkil edir.

Kəndin ərazisində fəaliyyət göstərən “Ulu” istirahət mərkəzi isə bir aydan artıqdır ki, respublikanın müxtəlif bölgələrindən gəlmiş gənclərin ixtiyarındadır. Hazırda burada Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yay istirahət düşərgəsi fəaliyyətini uğurla davam etdirir.

2011-ci ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “El Resort” otel kompleksi də rayonda turizmin inkişafına öz mühüm töhfələrini verməkdədir. Üçmərtəbəli, 110 yerlik kompleksdə iki və dörd nəfərlik 52 lüks və VİP otaqlar fəaliyyət göstərir. Bütün otaqlar beynəlxalq standartlara cavab verir. Qonaqlar burada türk və Çin hamamlarının, nəhəng hovuzun, yaz-yay terrasının, idman meydançalarının, oyun və kino zallarının, uşaq əyləncələrinin xidmətlərindən yararlanırlar. Qiymətlər mövsümə uyğun olaraq dəyişir. Hazırda oteldə bir nəfərin qalma xərci səhər yeməyi, habelə bütün əyləncələr daxil olmaqla, orta hesabla 64 manat təşkil edir. Ərazidə inşa edilən 82 yerlik yeni korpusun tikintisi də artıq başa çatmaq üzrədir. Bu korpusun avqust-sentyabr aylarında istifadəyə verilməsi nəzərdə tutulur. Korpusun birinci mərtəbəsində boulinq mərkəzi, oyun və əyləncə otaqları, bar, 120 yerlik kafe, 240 yerlik restoran fəaliyyət göstərəcək.

Qaxa gələn turistləri təbiət gözəllikləri ilə yanaşı, qədim tarixi abidələr də özünə cəlb edir. Rayonda 2-si dünya, 18-i ölkə, 48-i yerli əhəmiyyətli olmaqla, 68 tarixi abidə mövcuddur. İlisu kəndindəki “Sumuq qala”, “Ulu körpü”, “Beş bulaq” abidələri, qədim məscid və qalalar, Ləkit kəndindəki V əsrə aid məbəd, VI-VII əsrlərə aid məbəd kompleksi və Qum kəndindəki V əsrə aid Alban məbədinin qalıqları, Ağçay kəndindəki “Oğlan qala, qız qala”, Oncallı kəndindəki Oğuz qəbiristanlığı, Qax şəhərinin “İçəribazar” məhəlləsindəki qədim tikililər, həmçinin rayon ərazisində yerləşən onlarla digər abidələr tarixilik baxımından turistlər üçün böyük əhəmiyyət kəsb edir. Turistlərin tarixi yerlərə, abidələrə səyahətlərini təşkil etmək üçün rayon mədəniyyət və turizm şöbəsi tərəfindən 6 marşrut müəyyənləşdirilmişdir. Marşrutlar üzrə ekskursiya mətnləri hazırlanmışdır.

Rayona gələn turistlərin arasında sadə kənd evlərində qalmağa üstünlük verənlərin sayı da ildən-ilə artır. Belə evlərdə qalanlar yerli əhali ilə sıx ünsiyyət yaradaraq rayonun, kəndin adət-ənənələri ilə, yaşayış tərzi ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. İlisu, Ağçay, Qaşqaçay, Qum, Çinarlı və digər kəndlərdəki xüsusi evlərdə hər il yüzlərlə ailə öz istirahət mövsümünü şən və mənalı keçirir. Turizmin bu növü həm də yerli əhalinin maddi vəziyyətinin, güzəranının daha da yaxşılaşmasını təmin edir.

Bir sözlə, Qax rayonu ilin bütün fəsillərində turistlər üçün əsil istirahət məkanıdır. Siz də gəlin, görün və yararlanın!

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb