ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin Antalyada beynəlxalq simpoziumda məruzəsi maraqla qarşılanıb
![](/files/galleryphoto/2022/3/1200x630/1666702779411367942_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16667027792712529148_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Antalya şəhərində Türkiyə Polis Akademiyası, Türkiyə Təhlükəsizlik Elmləri İnstitutu və Türkiyə Cinayət Araşdırmaları və Kriminologiya Araşdırma Mərkəzinin təşkilatçılığı ilə I Beynəlxalq Cinayət Tədqiqatları Simpoziumu keçirilib. AMEA-nın Folklor İnstitutunun Müasir folklor şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov beynəlxalq tədbirdə “Almaniyada cinayət istintaq sistemi: cinayətlərin açılması və istintaqı” mövzusunda məruzə ilə çıxış edib. Məruzə tədbir iştirakçılarının marağına səbəb olub.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Beynəlxalq tədbirə Türkiyə, Almaniya, Rumıniya, Makedoniya, Polşa, Moldova, Braziliya, Hindistan, Əlcəzair və başqa ölkələrdən elm adamları, kriminalistlər, hüquqşünaslar qatılıblar.
Sonda Tahir Orucov Türkiyə Polis Akademiyasının diplom və təşəkkürnaməsi ilə təltif olunub.