“AZERFON” ÖTƏN AY 55 BAZA STANSİYASI QURAŞDIMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Azerfon” MMC (Nar Mobile ticarət nişanı) ötən may ayında Bakı və regionlarda daha 55 baza stansiya quraşdırmışdır. Yeni stansiyalar Bakı, Abşeron yarımadası, Quba, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarında istifadəyə verilmişdir.
Baza stasiyalarının sayının artması “Nar Mobile” abunəçilərinin keyfiyyəli rabitə və müasir xidmətlərdən bütün ölkə ərazisində istifadə etmələrinə imkan yaradır. Yeni stansiyaların quraşdırılması şəbəkə tutumunun daha da artmasını və ərazi boyunca göstərilən xidmətlərin keyfiyyənin yaxşılaşdırılmasını təmin edir.
Qeyd edək ki, bu gün “Nar Mobile”nin xidmət dairəsi ölkənin 80 faizinini əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:11]
Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO
- 10.06.2026 [22:57]