İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Süni intellektin tətbiqi üçün zəruri olan data mərkəzlərinin inkişafı hazırda üzərində işlədiyimiz prioritet layihələrdəndir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində deyib.
Nazir qeyd edib ki, Azərbaycan bir tərəfdən də öz daxili ehtiyaclarının ödənilməsini hədəfləyir. “Burada söhbət yalnız iqtisadiyyatla məhdudlaşmır. Vətəndaşlarımıza göstərilən bir çox xidmətlər də bu gün data mərkəzlərinə olan tələbatı artırır. Bu sahə çox sürətlə inkişaf etdiyinə görə düşünürük ki, əminliklə demək olar, ildən-ilə, hətta aydan-aya həm imkanlar, həm də ehtiyaclar artacaq”, - deyə M.Cabbarov əlavə edib.