SİYASƏT
“AZƏRİKİMYA” ŞİRKƏTİNİN KOLLEKTİVİ KONSTİTUTSİYAYA DƏYİŞİKLİKLƏRİ DƏSTƏKLƏYİR
Sumqayıtda kimyaçıların Üzeyir Haçıbəyov adına mədəniyyət sarayında Konstitusiyaya dəyişikliklərə dair referendumla əlaqədar “Azərikimya” Dövlət Şirkəti nümayəndələrinin ylğlncağı keçirilmişdir.
Şirkətin Prezidenti Milli Məclisin deputatı Fikrət Sadıqov tədbiri giriş sözü ilə açaraq, müstəqil dövlətimizin ilk Konstitusiyasının mövcud olduğu 7 il ərzində Prezident Heydər Əliyevin apardığı müdrik daxili və xarici siyasəti nəticəsində respublikamızda əldə edilmiş uğurlardan danışdı, referendum aktının layihəsində təklif olunan dəyişikliklərin Konstitusiyanın təkmilləşməsinə, dövlətimizin inkişafına xidmət edəcəyini bildirdi. O, layihədə nəzərdə tutulan dəyişikliklərin şirkətin bütün kollektivlərində müzakirə olunduğunu və dəstəkləndiyini vurğuladı.
Yığıncaqda çıxış edən digər natiqlər ümumxalq səsverməsinə çıxarılan məsələlər haqqında mülahizələrini söylədilər, heç bir sosial dayağı olmayan müxalifətin referendum aktının layihəsində nəzərdə tutulan dəyişiklikləri siyasi alver mövzusuna çevirmək çəhdlərini qətiyyətlə pislədilər.
Kimyaçılar “Azərikimya” şirkətinin çoxminli kollektivinin tam əksəriyyətinin Konstitusiyaya dəyişiklikləri dəstəklədiklərini vurğulayaraq, referendum günü mütəşəkkil şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirəcəklərini söylədilər.