Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

AZƏRTAC-ın Uşaq Bilik Portalı Şamaxı məktəblilərinə təqdim olunub VİDEO

Portalın məqsədi uşaqların biliklərini zənginləşdirmək üçün Azərbaycan internet məkanında böyük məlumat bazası formalaşdırmaqdır

Şamaxı, 23 noyabr, Adil Ağayev, AZƏRTAC

Noyabrın 23-də Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində rayon icra hakimiyyətinin dəstəyi ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimat mərasimi keçirilib.

Tədbirdə rayon məktəblərinin 150 nəfərdən çox şagirdi, müəllimlər və valideynlər iştirak ediblər. Mərasimi açan Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev müasir dövrdə internet resurslarının məktəblilərin dünyagörüşünün formalaşmasında, maariflənməsində, daha geniş biliklər əldə etməsində, eləcə də asudə vaxtlarının səmərəli təşkilində artan rolundan danışıb.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova isə çıxışında dövlət-gənclər siyasətindən söz açıb, məktəblilərin savadlı və bacarıqlı yetişməsində müasir informasiya resurslarının əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, belə resurslardan biri də etibarlılığı ilə seçilən AZƏRTAC-ın Uşaq Bilik Portalıdır. Portalda tarix, mədəniyyət, elm və digər sahələr, görkəmli şəxsiyyətlər barədə zəngin materiallar toplanıb. G.Ələkbərova təqdimat mərasiminə 150-dən çox şagirdin qatılmasını məktəblilərin portala böyük marağının göstəricisi kimi qiymətləndirib.

Sonra AZƏRTAC-ın Uşaqlar üçün informasiya bölməsinin müdiri İradə İsayeva Uşaq Bilik Portalına aid təqdimatla çıxış edib. Azərbaycanın informasiya məkanında AZƏRTAC-ın aparıcı xəbər mənbəyi olduğunu vurğulayan İ.İsayeva bildirib ki, agentliyin İdarə Heyətinin sədri Aslan Aslanovun təşəbbüsü ilə 2013-cü ildə yaradılmış Uşaq Bilik Portalı hər gün Azərbaycan və rus dillərində məktəblilərə lazımlı məlumatlar, ədəbiyyat nümunələri, cizgi və bədii filmlər, əyləncəli materiallar təqdim edir.

Portalın yaradıcı əməkdaşlarının məktəb və liseylərdə görüşlər keçirməsinin ənənə halı aldığını bildirən İ.İsayeva deyib ki, bu görüşlərdə müəllim və şagirdlərin portal barədə rəyləri, təklifləri öyrənilir və nəzərə alınır. Uşaqlar portal tərəfindən təşkil edilən yaradıcılıq müsabiqələrində həvəslə iştirak edirlər. Təsadüfi deyil ki, hazırda portala baxış sayı bir milyonu ötüb. Portalda uşaqlar Azərbaycan ədəbiyyatından dastanlar, tapmacalar, nağıllar, hekayələr, görkəmli şəxsiyyətlərin həyatı ilə bağlı məlumatlar oxuya, düşündürücü və əqli inkişafa kömək edən oyunlar oynaya bilərlər. Portalı yaratmaqda AZƏRTAC-ın məqsədi uşaqların hər sahədə biliklərini zənginləşdirmək üçün Azərbaycan internet məkanında böyük məlumat bazası formalaşdırmaqdır. Burada, eyni zamanda, uşaq psixologiyası və pedaqoji məsələlərlə bağlı mütəxəssis rəyləri, uşaqlar üçün tədbirlər barədə gündəlik afişalar da yerləşdirilir. Onu Facebook və Instagram səhifələrində də izləmək mümkündür.

Təqdimatdan sonra çıxış edən Şamaxı Rayon Təhsil Şöbəsinin metodisti Nişanə Eyyubova, şəhər 10 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Sadıqova diqqətə çatdırıblar ki, məktəblinin cəmiyyətdə layiqli yer tuta biləcək hərtərəfli şəxsiyyət kimi yetişdirilməsi müəllimlərin qarşısında duran əsas vəzifədir. Yüksək texnologiyaların sürətli inkişafı nəticəsində internet uşaqdan böyüyə qədər hər bir kəsin həyatının ayrılmaz hissəsinə çevrilib. Bu gün ən azı böyüklər qədər uşaqlar da, virtual məkandan özlərini ifadə vasitəsi kimi istifadə edirlər. Uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün valideynlər qədər uşaqlar özləri də məsuliyyət daşıyır. Həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir. AZƏRTAC-ın Uşaq Bilik Portalı bu baxımdan məktəblilərin etibarlı və yaxın dostu sayıla bilər.

Daha sonra AZƏRTAC-ın və Şamaxı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqə komissiyasının müəyyənləşdirdiyi 5 ən yaxşı inşa yazı işinin müəllifinə - Şəhriyar qəsəbə tam orta məktəbin X sinif şagirdi Nəşrin Mövliyevaya, 10 saylı məktəbin XI sinif şagirdi Müşgünaz Məlikliyə, Göylər kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Kəmalə Cəbrayılovaya, Şamaxı Avropa liseyinin IX sinif şagirdi Badam Sadayevaya və Qaravəlli kənd tam orta məktəbin X sinif şagird Gülnar Məlikovaya AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsi və Rayon Təhsil Şöbəsi adından diplom və hədiyyələr verilib.

Tədbir şagirdlərin hazırladıqları bədii proqramla başa çatıb.

Təqdimat mərasimində məktəblilərə Uşaq Bilik Portalının bukletləri paylanılıb.

AZƏRTAC-ın Uşaq Bilik Portalı Şamaxı məktəblilərinə təqdim olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb