REGİONLAR
AZKİL VƏ CHF İNTERNATİONAL TƏŞKİLATI İCMALARDA FƏALİYYƏTLƏRİNİ ƏLAQƏLƏNDİRİRLƏR
AzKİL-dən AZƏRTAC-a bildirmişlər ki, qurumun Muğan-Salyan Regional Əməliyyatlar Ofisi və CHF-nin Lənkəran Ofisi əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Cəlilabad rayonunun icmalarında görülən işləri əlaqələndirmək, CHF-nin çalışdığı icmaların AzKİL layihəsindən bəhrələnməsi istiqamətində fikir mübadiləsi aparılmışdır. AzKİL-in Layihə İdarəetmə qrupu direktorunun müavini, icma inkişafı meneceri Gülbəniz Qənbərova, CHF İnternational Təşkilatı Proqram direktorunun müavini Ziba Quliyeva hər iki proqram haqqında məlumat vermiş, bu sənədlərin ümumi və fərqli cəhətlərindən söz açmışlar.