Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada yanğın baş verib
Bakı, 10 aprel, AZƏRTAC
Paytaxtda, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb.
Əlavə məlumat veriləcək.