İDMAN
Badminton yarışlarının dördüncü günündə danimarkalı idmançılar daha yaxşı oyun nümayiş etdiriblər
![](/files/galleryphoto/2015/2/1200x630/1435253980781954725_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435253980387952456_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352539806261012155_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435253980610445100_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352539804440345143_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352539802944230789_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143525398079086794_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352539805630432286_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352539806285537800_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143525398038228661_1200x630.jpg)
Bakı, 25 iyun, Raisə Abbasova, Həsrət Mahmudova, AZƏRTAC
İyunun 25-də Bakı İdman Sarayında badminton yarışlarının dördüncü gününə qarışıq cütlüklər arasında qrup oyunları ilə start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyunların nəticəsində Çexiya, Sloveniya, Yunanıstan, Malta, İsveçrə, Almaniya, Polşa və Ukrayna təmsilçiləri qalib gəliblər.
Qadınlar arasında fərdi yarışların səkkizdəbir final mərhələsində qalib gələn fransalı Delfin Lanzak, belçikalı Lian Tan, rusiyalı Kseniya Polikarpova, ispaniyalı Klara Azurmendi, bolqarıstanlı Linda Zetçiri, Petra Nedelçeva, danimarkalı Anna Tea Madsen, Line Kyaersfeldt dörddəbir finala vəsiqə qazanıblar.
Kişilərin fərdi mübarizəsində isə dörddəbir finala Pablo Abian (İspaniya), Zvonimir Durkinyak (Xorvatiya), Skot Evans (İrlandiya), Naviçkas Kestutis (Litva), Yuhan Tan (Belçika), Emil Holst (Danimarka), Petr Koukal (Çexiya) və dieter Domke (Almaniya) yüksəliblər.
Həmçinin həm qadınların, həm də kişilərin yarışlarında cütlüklər yarımfinala yüksəlmək uğrunda mübarizə aparıb.
Kişi cütlüklərin dörddəbir final görüşlərində Danimarka idmançıları fransalı rəqiblərini məğlub ediblər. Digər oyunlarda isə Almaniya Polşanı, İrlandiya Belçikanı, Rusiya isə Xorvatiyanı məğlubiyyətə uğradıb.
Qadın cütlüklərin yarışında isə Bolqarıstan badmintonçuları almaniyalı idmançılar, danimarkalılar isə belçikalı atletlər üzərində qələbə qazanıblar. Dörddəbir finalın digər qarşılaşmalarında isə Rusiya təmsilçiləri İspaniya idmançılarını, Türkiyə badmintonçuları isə Fransa atletlərini məğlub ediblər.
Badminton yarışlarına iyunun 28-də yekun vurulacaq.