İDMAN
“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində üzgüçülük yarışlarının üçüncü gününün qalibləri müəyyənləşib
![](/files/galleryphoto/2015/2/1200x630/14352480433132121344_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480431072221657_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043714351271_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043754630264_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480431741517106_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480436333739409_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480434491761462_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143524804357408722_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480436349726040_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480436201939928_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043881760690_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043315263480_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043430501119_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043900314561_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043301467387_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480433127959717_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480432835635094_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480434961361386_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043520414882_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480431189532347_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480433432157718_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480436460711375_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043823460683_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480431784825880_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043973419540_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480433391334766_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480431482929306_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043650543226_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435248043314235953_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480433725860627_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480432611817251_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352480435006855438_1200x630.jpg)
Bakı, 25 iyun, R.Həsənov, A.Rəcəbova, AZƏRTAC
Bakı Su İdmanı Sarayında “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində üzgüçülük yarışlarının üçüncü günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, bugünkü axşam sessiyasında qadınlar arasında 200 metr məsafəyə sərbəst üsulla və kəpənək üsulu ilə üzmə, habelə kişilər arasında 200 metr məsafəyə arxası üstdə üzmə yarışlarının finalçıları müəyyənləşib.
200 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışlarının qalibi Rusiya idmançısı Daniil Paxomov (1:57.04 dəqiqə) olub. İkinci yeri italyan Cakomo Karini (1:57.46 dəqiqə), üçüncü yeri isə fransız Matias Marsu (1:58.96 dəqiqə) tutublar.
200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında qızıl medalı rusiyalı Mariya Astaşkina (2:23.04 dəqiqə) qazanıb. Gümüş medala italyan Culia Verona (2:25.91 dəqiqə), bürünc medala isə Böyük Britaniya nümayəndəsi Leyla Blek (2:27.61 dəqiqə) sahib olublar.
100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında birinci yeri Britaniya idmançısı Dunkan Skott (49:43 saniyə), ikinci yeri İtaliya idmançısı Alessandro Miressi (50:03), üçüncü yeri isə rusiyalı Vladislav Kozlov (50:11 saniyə) tutublar.
200 metr məsafəyə fərdi kompleks üzmə yarışında qızıl medala avstriyalı Sebastyan Stefan (2:01.39 dəqiqə) layiq görülüb. Gümüş və bürünc medallara Böyük Britaniya idmançıları Carvis Parkinson (2:01.94 dəqiqə) və Martin Uolten (2:02.24 dəqiqə) layiq görülüblər.
50 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri Litva üzgüçüsü Andrius Sidlauskas (27:81 saniyə), ikinci yeri xorvat Nikola Obravaç (27:83 saniyə), üçüncü yeri isə Tobias Byork (28:04 saniyə) tutublar.
1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında qızıl medalı italyan Sveva Skyatsano (16:40.17 dəqiqə), gümüş medalı Macarıstan nümayəndəsi Yanka Yuxas (16:40.39 dəqiqə) qazanıblar. İspaniya idmançısı Marina Atalaya-Kastro isə (16:46.16 dəqiqə) bürünc medala layiq görülüb.
50 metr məsafəyə arxası üstdə üzmə yarışında birinci yeri Avstriya idmançısı Karolina Pilxatç (28:60 saniyə) tutub. Fransız Paulina Meyxyu (28:70 saniyə) ikinci yerə, Rusiya idmançısı Mariya Kameneva isə (28:77 saniyə) üçüncü yerə layiq görülüblər.
Kişilər arasında sərbəst üsulla 4x200 metr estafet yarışında Rusiya komandası (7:16.08 dəqiqə) birinci yeri, Böyük Britaniya nümayəndələri (7:19.36 dəqiqə) ikinci yeri, Almaniya komandası isə (7:20.77 dəqiqə) üçüncü yeri tutublar.
Qadınlar arasında 4x100 metr qarışıq estafetdə Rusiya komandası (4:03.22 dəqiqə) qızıl medal, Niderland nümayəndələri (4:07.99 dəqiqə) gümüş medal, Böyük Britaniya idmançıları isə (4:09.10 dəqiqə) bürünc medal qazanıblar.