İDMAN
“Bakı-2015”: Nurlanə Vəliyeva mərhələni keçə bilmədi [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/14346989465645010596_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434698946276862954_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14346989461175165070_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14346989464372958405_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434698946165314136_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14346989465141126971_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434698946654897938_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14346989465703461724_1200x630.jpg)
Kamandan oxatma üzrə qadınlar arasında fərdi mübarizədə sonuncu təmsilçimiz Nurlanə Vəliyeva rusiyalı Kristina Timofeyeva ilə üz-üzə gəlib. Sərrast atışlardan sonra Nurlanə Vəliyeva 0:6 hesabı ilə rəqibinə məğlub olub.
14:14
Yaylagül Ramazanova (Azərbaycan) - Xatuna Narimanidze (Gürcüstan) qarşılaşmasında 1/16 mərhələyə adlayan gürcüstanlı oxatan olub - 4:6.
12:34
Azərbaycanlı oxatan Olqa Senyuk 1/32 mərhələdə rumıniyalı Simona Bancilaya 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
İyunun 21-də qadınların fərdi mübarizəsinin 1/16 mərhələsində o, danimarkalı Maya Jagerlə qarşılaşacaq.
10:50
Bakı, 19 iyun, Ceyhun Rüstəmov, AZƏRTAC
İyunun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda qadın oxatanlar arasında fərdi mübarizəyə start verilib.
AZƏRTAC xəbər verir ki, 1/32 mərhələdən mübarizəyə başlayan qadın oxatanların yarışında Azərbaycanı təmsil edən Olqa Senyuk rumıniyalı Simona Bancila, Yaylagül Ramazanova gürcüstanlı Xatuna Narimanidze, Nurlanə Vəliyeva isə rusiyalı Kristina Timofeyeva ilə qarşılaşacaq.