BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə aprelin 15-də USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8289 AZN olmuşdur.
Birjanın elektron hərracları sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8296 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlərin həcmi 1 284 485 AZN olmuşdur. Manatın məzənnəsi sessiyanın yekunlarına görə 0,0009 bənd qalxaraq 0,8287 AZN təşkil etmişdir.
BEHS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 4 820 705 AZN-ə bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8289 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri ilə hərracların ümumi həcmi 7 365 000 ABŞ dolları olmuşdur ki, bu da manat ekvivalenti ilə 6 105 190 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 526 071 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SWAP-USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. BEHS-də banklar RUB/AZN və AVR/AZN alətləri üzrə sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,40 faiz, ABŞ dolları üzrə 15,40 faiz təşkil etmişdir.
Aprelin 15-də birjada kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]