BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə aprelin 16-da USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8290 AZN olmuşdur.
Elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8289 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmamışdır. Manatın məzənnəsi sessiyanın yekunlarına görə dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 3 498 380 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 USD üçün 0,8290 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 4 220 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 3 498 380 AZN təşkil etmişdir. Bir əqdə orta hesabla 1 055 000 dollar düşmüşdür.
USDAZN T+1 və T+2 alətləri və SVVP_USDAZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən əqdlər bağlanmamışdır. AUR/AZN və RUB/AZN alətləri üzrə banklar EHBS-də sifariş verməmişlər.
AVRAZN T+0 aləti üzrə 487 655 AZN məbləğində əqd qeydə alınmışdır. Orta hesablanmış məzənnə 1 AVR üçün 1,3109 AZN təşkil etmişdir.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 16,31 faiz, ABŞ dolları üzrə isə 16,79 faiz təşkil etmişdir.
Aprelin 16-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]