BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı, 12 fevral (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8034 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8034 AZN-ə bərabər idi.
USD/AZN aləti üzrə 1 992 184 AZN məbləğində əqd bağlanmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi dəyişməmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 329 394 AZN məbləğində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8034 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə USDAZN alətləri üzrə 2 890 000 dollar məbləğində əqd bağlanmışdır. Bu isə manat ekvivalenti ilə 2 321 578 AZN təşkil edir. Bir əqdə orta hesabla 1 445 000 dollar düşmüşdür. Netto dövriyyə 410 000 dollar təşkil etmişdir.
USD/AZN T+1, T+2, SWAP_USDAZN alətləri üzrə əqdlər qeydə alınmamışdır.
AUR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 15,94 faiz, ABŞ dolları üzrə isə 16,38 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında fevralın 12-da əqd bağlanmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər
- 25.06.2024 [23:40]
Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb
- 25.06.2024 [23:06]
Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib
- 25.06.2024 [22:35]
Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb
- 25.06.2024 [22:02]
Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar
- 25.06.2024 [21:51]
SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
- 25.06.2024 [21:34]
Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
- 25.06.2024 [21:04]
Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib
- 25.06.2024 [20:29]
Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO
- 25.06.2024 [20:25]
BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb
- 25.06.2024 [19:48]
“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
- 25.06.2024 [19:47]
® 700-dən çox gənc doğru yolu seçdi!
- 25.06.2024 [19:43]
Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb
- 25.06.2024 [19:35]
Göyçayda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib
- 25.06.2024 [18:49]