CƏMİYYƏT
Bakı Dəmir Yolu Vağzalının ərazisində partlayıcı qurğu olması barədə verilmiş məlumat təsdiqini tapmamışdır
Bakı, 11 aprel (AZƏRTAC). Nəsimi rayonunda Bakı Dəmir Yolu Vağzalının ərazisində partlayıcı qurğu olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmuşdur.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi məqsədi ilə hadisə yerinə cəlb edilmişlər. Hadisə yerində təhlükəsizlik tədbirləri görülmüşdür. Nazirliyin mütəxəssisləri digər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə vağzalın ərazisinə (150-200 metr məsafədə perronlara, dəmir yolu xətlərinin üzərinə və saxlama kameralarına) baxış keçirmişlər. Şübhəli əşya aşkar edilməmişdir.