Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

AZƏRBAYCANIN SƏNƏTKARLARI  Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Bakı, 26 iyun, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC Azərbaycan sənətkarları haqqında silsilə məqalələrini davam etdirir. Növbəti həmsöhbətimiz Şəki şəhərindən xalçaçılıq ustası Alimə Qasımovadır. Alimə xanım 2019-cu ildən Şəki İpək Kombinatında çalışır, eyni zamanda, Şəki Dövlət Peşə Təhsil Mərkəzində müəllimlik edir. O, ailə xalçaçılıq ənənəsini qürurla davam etdirir.

“Erkən uşaqlıqdan bu peşəyə aşiq olmuşam. Babamın nənəm üçün dəzgah düzəltdiyini, iş prosesini izləmişəm”, - deyə Alimə xanım paylaşır. - Nənəmin yanında oturaraq onun xalça yaratmağa başladığını, qızlarına və gəlinlərinə elementləri haradan başlayıb, harada bitirməli olduğunu, hansı ornamentin harada olması lazım olduğunu izah etdiyini müşahidə edirdim”.

Alimə xanımın bu peşəyə gedən yolda əsas ilham mənbəyi sənətin sirlərini öyrəndiyi anasıdır. Usta, həmçinin rəngin əhəmiyyətindən və onun xalçaçılıqda rolundan bəhs edib.

“Uşaqlıqdan dəzgahda sallanan parlaq saplara heyran olmuşam. Rənglərlə oynamağı bacarmaq vacibdir. Rənglər xalçaya həyat verir və diqqəti cəlb edir. Onların sayəsində bu sənətə aşiq oldum”, - deyə Alimə xanım izah edir.

Usta xalçaçılıqla ana olmağa hazırlığı müqayisə edir.

“Xalçanın yaradılması prosesi müəyyən çətinliklərdən keçərək, uşağı doqquz ay bətnində daşımaq kimidir”, - deyə həmsöhbətimiz söyləyir.

Alimə xanım vurğulayır ki, xalçanın əsasının düzgün yüklənməsi, xalçanın sıxlığının və əsasın sapları arasındakı məsafənin dəqiq müəyyən edilməsi - bütün bunlar gözəl işin yaranmasına gətirib çıxarır.

“Xalçalara uşaq kimi yanaşıram: tərbiyədə səhv etsən, problemlər yarana bilər. Xalça ilə də elədir: naxışlar simmetrik deyilsə, bir-birini tamamlamırsa, ölçülərə uyğun gəlmirsə, onda görürsən ki, haradasa boş yer qoymusan, hardasa əyrilik var”, - deyə usta izah edir.

Həmsöhbətimizin sözlərinə görə, bu sənət mistik gücə malikdir.

“Dəzgaha əyləşəndə bütün problemlər unudulur və bu rənglərin və naxışların sehrinə qərq olursan”, - deyə usta vurğulayır.

Söhbətdə Şəki İpək Kombinatının direktoru Gülnaz Nurəhmədova da iştirak edir.

“Hazırda Şəkidəki emalatxanamızda toxunan xalçalar tamamilə ipək saplardan olması və Təbriz texnikası ilə toxunması ilə seçilir. Nəbati, həndəsi, islami və zoomorfik naxışlı xalçalarımız var”, - deyə Gülnaz xanım bildirir. - Xalçalarımız sıxlığı, rəngi və keyfiyyəti ilə fərqlənir”. Direktorun sözlərinə görə, Şəkidə gənclər arasında xalçaçılığa maraq var, lakin iş yeri olmadığından bu, getdikcə azalır.

Hazırda müəssisənin mağazasında xalçalarının satıldığını deyən Gülnaz xanım 2004-2014-cü illərdə xalçaların beynəlxalq satışını da xatırladıb.

“Xalçalar xaricə satılırdı, lakin indi bizim xarici bazarlara çıxışımız yoxdur. Xalçalar yalnız şəhərimizə gələn qonaqlar və turistlərin marağına səbəb olur”, - deyə direktor qeyd edir.

Həmsöhbətimiz deyib ki, müxtəlif bölgələrdə insanların həyat tərzinə çevrilən Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib.

“Xalçaçılıq bir mədəniyyətdir. Analar qızları ailə qurarkən istilik mənbəyi olan bu qiymətli aksessuarı onlara hədiyyə edirdilər. Çətin vaxtlarda insanlar xalçanı gəlir əldə etmək üçün ən qiymətli sərvət kimi satırdılar. Xalçaçılıq tarixi əks etdirir. Buna misal olaraq Şəkidə “Azərilmə”də toxunan və Şəkidəki Heydər Əliyev Mərkəzinə hədiyyə edilən və hazırda orada nümayiş etdirilən xalçanı göstərmək olar”, - deyə Gülnaz xanım fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib