Qeyri-sabit hava səbəbindən Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır
Lənkəran, 27 iyun, AZƏRTAC
Cənub bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti ilə bağlı təxliyə işləri görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, prosesə Lənkəran və Astara rayonunun iki kəndindən start verilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri Lənkəran rayonunun Narbağı və Astara rayonunun Maşxan kəndində təxliyə işləri aparır.
Bölgədə küləklə müşahidə olunan yağış yağır, elektrik enerjisinin verilişi dayanıb.