İQTİSADİYYAT
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün uçuşlar müasir tipli təyyarələrlə həyata keçiriləcəkdir
Bakı, 23 dekabr (AZƏRTAC). Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün uçuşlar müasir tipli təyyarələrlə həyata keçiriləcəkdir.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) prezidentinin köməkçisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirmişdir ki, cari il dekabrın 24-dən etibarən “Azərbaycan Hava Yolları” QSC Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün uçuşları “Aerobus-319”, “Aerobus-320” və “Boeing-757” tipli müasir təyyarələrlə yerinə yetirəcəkdir.
Eyni zamanda, indiyədək Bakı-Naxçıvan-Bakı marşrutu üzrə xəttə buraxılan Rusiya istehsalı olan “Tu-134” və “Tu-154” tipli təyyarələrin bu istiqamətdə uçuşları dayandırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [18:22]
AQC sədri CAATS prezidenti seçilib
- 03.06.2024 [17:34]
® “Unibank”ın dəstəyi ilə uşaqlar üçün bayram tədbiri keçirilib
- 03.06.2024 [16:52]
Bakıda “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib
- 03.06.2024 [16:34]
® “Azerconnect Group” Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır
- 03.06.2024 [16:25]
Pul bazası azalıb
- 03.06.2024 [16:21]