İDMAN
Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan – Kipr oyununu idarə edəcək.
C liqasının I qrupunun matçında referiyə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə köməklik edəcəklər. Əli Əliyev isə qarşılaşmanın dördüncü hakimi olacaq.
Qeyd edək ki, iyunun 4-də Tbilisidəki “Mixeil Mesxi II” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.06.2024 [23:01]
Avro-2024: Çexiya - Türkiyə oyunu başlayıb
- 26.06.2024 [22:49]
Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub
- 26.06.2024 [22:36]
Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub
- 26.06.2024 [22:04]
Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb
- 26.06.2024 [20:32]
“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib
- 26.06.2024 [18:55]