MMU-da NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində icmal görüşü keçirilib
Bakı, 3 iyun, AZƏRTAC
Bakıda NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində DEEP nümayəndə heyəti ilə illik icmal görüşü keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Müdafiə Universitetində (MMU) təhsil sisteminin inkişafı və ötənilki təcrübələrin mübadiləsi, həmçinin bu il oktyabrın 7-10-da universitetin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq elmi konfransın mövzuları müzakirə olunub.
Milli Müdafiə Universitetinin tabeçiliyində olan təhsil müəssisələrində keçirilən görüşlərdə yerli və xarici təhsil ekspertləri, universitet nümayəndələri iştirak ediblər.
Nümayəndə heyəti Milli Müdafiə Universitetində təhsil sahəsində həyata keçirilən yenilikləri yüksək qiymətləndirib və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıb.