Myanmada toy keçirilən yer bombalanıb, 27 nəfər ölüb
Pekin, 3 iyun, AZƏRTAC
Myanma ordusuna məxsus hərbi təyyarənin toy mərasiminin keçirildiyi yeri bombalaması nəticəsində 3-ü uşaq olmaqla 27 mülki şəxs ölüb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hadisə Saqaynq bölgəsinin Matau kəndində yerli vaxtla səhər saat 8:20-də baş verib. Hərbi təyyarə mərasim yerinə təxminən 3 bomba atıb. Hadisə nəticəsində daha 30 nəfər yaralanıb.
Qeyd edək ki, Saqaynq 2021-ci ildə çevriliş nəticəsində hakimiyyəti ələ alan hərbi xuntaya qarşı çıxan Kani Xalq Müdafiə Qüvvələrinin aktiv olduğu bölgələrdəndir. Əvvəllər də tərəflər dəfələrlə bir-birinə qarşı qanlı hücumlar təşkil ediblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin-
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]