İDMAN
Azərbaycan avarçəkənləri Qazaxıstandakı turnirdə 8 medal qazanıblar
![](/files/galleryphoto/2024/2/1200x630/17174127731496825703_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17174127736303714341_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717412773336113089_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17174127732569619105_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717412773973760704_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1717412773140838467_1200x630.jpg)
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq turnirdə 8 medal qazanıblar.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 5 ölkədən 10-a yaxın komandanın mübarizə apardığı yarışda təmsilçilərimiz 2 qızıl, 3 gümüş və 3 bürünc mükafat əldə ediblər.
Yığmanın heyətində Cavid Vəlizadə 2 nəfərlik kanoe qayığında 200 metr məsafəyə mübarizədə qızıl, 500 metr məsafəyə yarışda gümüş medala yiyələnib. Bundan başqa, C.Vəlizadə 1 nəfərlik kanoe qayığında 200 və 500 metr məsafələrdə də ikinci yeri tutub. Qarışıq komanda yarışında isə idmançı 500 metr məsafəni üçüncü pillədə bitirib.
Emil Zeynalov 2 nəfərlik kayak qayığında qarışıq komanda yarışında 500 metr məsafəni birinci sırada tamamlayıb. Vacib Babayek-Şahin İsayev cütlüyü 2 nəfərlik, Niyaz Məlikov isə 1 nəfərlik kayak qayığında 500 metr məsafədə üçüncü olub.