Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarının əvvəlki hərəkət cədvəli bərpa edilir
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 15-dən etibarən Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının əvvəlki qrafiki bərpa olunur. Belə ki, hərəkət cədvəlində dəyişiklik edilmiş bəzi reyslər ənənəvi qrafik üzrə fəaliyyət göstərəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı sürət elektrik qatarlarına və Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına minmə-düşmə də əvvəlki qaydada Biləcəri stansiyasının həm meydan, həm də əks tərəfində aparılacaq.
Həmçinin Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarlarının hərəkət qrafiki də əvvəlki qaydada tənzimlənəcək.
Xatırladaq ki, sentyabrın 3-14-də Biləcəri-Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər edilmişdi.
2021-ci il oktyabrın 21-dən qüvvədə olan qatarların ənənəvi hərəkət cədvəli təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]