CƏMİYYƏT
Bakıda mediasiya prosesləri zamanı əmək mübahisələrinin həllində dövlət orqanlarının roluna dair ictimai müzakirələr aparılır
![](/files/galleryphoto/2022/2/1200x630/w_1616588222733545141223_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_1616588222733810645125_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_1616588222735618136150_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_1616588222731804437358_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_161658822273331556119_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/w_1616588222736236312061_1200x630.jpg)
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Bakıda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Ədliyyə Nazirliyinin və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Mediasiya prosesləri zamanı əmək mübahisələrinin uğurlu həllində dövlət orqanlarının və işəgötürənlərin rolu” mövzusunda maarifləndirici ictimai müzakirə aparılır.
AZƏRTAC xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, mediasiya təşkilatlarının, QHT-lərin, eləcə də digər ictimai təşkilatların nümayəndələri iştirak edirlər.
Tədbirdə çıxış edən ombudsman Səbinə Əliyeva mövzunun aktuallığını qeyd edərək bildirib ki, təhlükəsiz əmək fəaliyyəti fərdin, cəmiyyətin sosial vəziyyətinin yaxşılaşdırılmasında, yoxsulluğun aradan qaldırılmasında ən səmərəli vasitədir. Əmək hüquqlarının təmin olunması xüsusi diqqət tələb edir. Bəhsedilən istiqamət Ombudsman təsisatının fəaliyyətinin əsas istiqamətlərdən birini təşkil edir.
Əmək hüquqlarının pozulması halları ilə bağlı müraciətlərdən bəhs edən S. Əliyeva deyib ki, əmək müqaviləsinin pozulmasına görə ötən il Ombudsman Aparatına 1532 müraciət daxil olub.