SİYASƏT
Bakıda “NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avratlantik tərəfdaşlıq üçün yeni imkanlar” konfransı keçiriləcəkdir
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 13-də Bakıda “NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avratlantik tərəfdaşlıq üçün yeni imkanlar” adlı konfrans keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, konfrans NATO-nun Azərbaycandakı əlaqələndiricisi olan Rumıniyanın səfirliyi tərəfindən Alyansın mənzil-qərargahı və ölkəmizdəki Beynəlxalq Məktəbi ilə birgə təşkil olunacaqdır.
Bu il NATO-nun Çikaqoda keçiriləcək sammitinə həsr ediləcək konfransda Azərbaycanın Müdafiə Nazirliyinin, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.