Bakıda tikinti biznesi ilə bağlı biznes forum keçirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Bakıda İsveç Ticarət və Sənaye Palatasının dəstəyi və İsveçrənin “Scandinavian & UK Machines” şirkətinin təşkilatçılığı ilə Beynəlxalq biznes forum keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, tədbirdə müxtəlif ölkələrdən tikinti biznesinin nümayəndələri və rəsmi şəxslər iştirak ediblər.
Forumda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə tikinti sahəsində xeyli sayda KOB subyektinin fəaliyyət göstərdiyini, tikinti və istehsal sənayesində birgə müəssisələrin və KOB klasterlərin yaradılması imkanlarının geniş olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, KOBİA Azərbaycanda tikinti sektorunda biznes qurmaq və bu sahədə fəaliyyətini genişləndirmək istəyən yerli və xarici iş adamlarına müxtəlif dəstək və xidmətlər göstərməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:11]
Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO
- 10.06.2026 [22:57]