Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, professor Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir

Bakı, 9 iyul (AZƏRTAC, Əsəd Məmmədov). İyulun 9-da Bakıda Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov istənilən siyasi partiyanın ictimai nüfuzunu müəyyənləşdirən amillərdən birinin də insan amilli olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının gücünü müəyyənləşdirən, əzəmətini təyin edən də bu partiyanın sıralarında birləşərək ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi sahəsində fədakarlıq göstərən YAP-ın 600 mindən çox üzvüdür. Məhz bu insanlar, onların fədakarlıqları YAP-ın möhtəşəm ictimai dayağını müəyyənləşdirir, onu Azərbaycanın siyasi sisteminin həlledici bir qurumuna çevirir.

Əli Əhmədov demişdir: “Bu gün böyük yubileyini qeyd etməyə toplaşdığımız professor Zahid Qaralov da həmin insan amili içərisində əhəmiyyətli yer tutan şəxsiyyətlərdəndir. Zahid Qaralov YAP-ın yaradılmasına, formalaşmasına, inkişafına ziyalı fədakarlığı ilə böyük töhfələr vermiş bir insandır. Azərbaycan ictimaiyyəti onu məhz bu mövqeyi ilə tanımışdır. O, partiyamızın sıralarında birləşmiş 600 mindən çox insanla birlikdə YAP-ın şərəfli tarixinin yazılmasına öz töhfəsini vermişdir”.

YAP sədrinin müavini bildirmişdir ki, Zahid Qaralov bütün mənalı ömrü boyu həmişə həm ictimai, həm də elmi fəaliyyətində kifayət qədər yüksək fəallığı ilə seçilmiş Azərbaycan vətəndaşlarından olmuşdur. Gənc yaşlarından Azərbaycanın maarif nazirinin müavini kimi ölkəmizdə təhsilin inkişafı naminə mühüm işlər görmüşdür. Öz yaradıcılığı və təcrübəsi ilə Azərbaycanda məktəb pedaqogikasının inkişafına ciddi töhfələr vermişdir.

Zahid Qaralovun yüksək vətəndaş mövqeyi ilə bağlı fikirlərini bildirən Baş nazirin müavini demişdir: “Bu mövqe özünü xüsusilə 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində daha aydın şəkildə göstərmişdir. Azərbaycan 1990-cı illərin əvvəllərində özünün ən ağır dövrlərini yaşayarkən Zahid Qaralov Heydər Əliyev ideyalarının müdafiəsinə qalxan Azərbaycan ziyalılarından olmuşdur. O, həm də bu ideyaların müdafiəsi üçün Heydər Əliyevi Müdafiə Komitəsini yaradan, ona rəhbərlik edən, ziyalıları bu işə cəlb edən və beləliklə də həmin ideyaların Azərbaycanda yayılmasına töhfələrini verən ziyalılarımızdan biridir. Zahid Qaralovun həyatının ən əlamətdar mərhələsi məhz həmin dövrə təsadüf edir. YAP-ın yaradılmasında, onun formalaşmasında, möhkəmlənməsində Zahid Qaralovun böyük xidmətləri olmuşdur. Partiyanın hər bir üzvü, xüsusən də gənclər Zahid Qaralova bir örnək kimi baxır, ona böyük hörmət və ehtiramla yanaşırlar”.

Əli Əhmədov qeyd etmişdir ki, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının təsisat kimi formalaşmasında da Zahid Qaralovun müstəsna xidmətləri vardır. Artıq bir neçə aydan sonra Azərbaycanda dördüncü dəfə bələdiyyə seçkiləri keçiriləcəkdir. Biz həmişə bələdiyyələrin Azərbaycanda demokratiyanın inkişafındakı rolundan danışarkən bu istiqamətdə xüsusi xidmətlər göstərmiş Zahid Qaralovun əməyini xüsusi vurğulayırıq.

YAP sədrinin müavini bildirmişdir ki, Zahid Qaralov partiyanın Səbail rayon təşkilatı yaranan gündən bu siyasi quruma sədrlik edir. Təşkilatın partiyanın ən öndə gedən yerli qurumlarından olması da Zahid Qaralovun YAP-ın ideyalarının Azərbaycanda yayılmasına nə dərəcədə böyük önəm verdiyini və bu ideyaların yayılması istiqamətində nə qədər böyük enerji sərf etdiyini bir daha göstərir. Bütün bunlar bir vətəndaş, ziyalı olaraq Zahid Qaralovun ümummilli lider Heydər Əliyevin ideyalarına, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev siyasətinə bağlılığından asılı olan amillərdir. Zahid Qaralov bir vətəndaş olaraq YAP-ın üzvlərinə, xüsusən gənclərə nümunədir.

“Tükənməyən enerji mənbənin nə qədər böyük olmasından xəbər verir”, - deyən Əli Əhmədov bu gün də Zahid Qaralovun böyük enerji ilə işləməsinin sevindirici hal olduğunu bildirmişdir.

Konfransda YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov “Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğində Zahid Qaralovun fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. O, məruzəsinə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Zahid Qaralovun anadan olmasının 65 illiyi münasibətilə ona ünvanladığı təbrik məktubunu oxumaqla başlamışdır.

Şahlar Əsgərov məruzəsində Zahid Qaralovun fəaliyyətinin YAP-ın yaradılmasına qədərki və partiyanın fəaliyyətə başlamasından sonrakı dövrləri barədə ətraflı məlumat vermişdir.

Məruzəçi Zahid Qaralovun Ulu Öndərlə bağlı aşağıdakı fikirlərini səsləndirmişdir: “Heydər Əliyev müdrik ideyaların generatorudur”, “Hər kim son illərdə Heydər Əliyevin fəaliyyətini dərindən izləyirsə və siyasətin nə olduğunu dərk edirsə, onun fəaliyyətini ictimai mühitin demokratikləşməsi, milli özünəqayıdış prosesinin fəal təşkilatçısı və iştirakçısı kimi qiymətləndirməlidir”.

Ş.Əsgərov məruzəsində, həmçinin yubilyarın Ulu Öndərlə bağlı məqalələrindən sitatlar gətirmiş, Zahid Qaralovun ümummilli lider Heydər Əliyevlə görüşləri ilə bağlı xatirələrinə yer vermişdir.

Daha sonra professor Abdulla Mehrabovun yubilyarın ictimai-siyasi və elmi fəaliyyəti haqqında məruzəsi dinlənilmişdir.

Məruzədə Zahid Qaralovun müxtəlif dövrlərdəki elmi, ictimai, siyasi fəaliyyəti barədə dolğun məlumat verilmişdir.

Bildirilmişdir ki, Zahid Qaralov 1956-cı ildə indiki Azərbaycan Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirdiyi vaxtdan bu günədək bütün həyatını elmə, təhsilə, ictimai-siyasi məsələlərə həsr etmiş, çox uğurlu, nümunəvi bir həyat yolu keçmişdir. O, müntəzəm surətdə elmi iş aparmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təhsil, elm və nəşriyyatla əlaqədar bir sıra sənədlərin hazırlanmasında, yüksək idarələrdə yoxlamaların keçirilməsində iştirak etmişdir.

Yubilyar 30 ildən artıq Azərbaycanda Pedaqoji - Psixoloji Tədqiqatlar üzrə Əlaqələndirmə Şurasının sədri, eyni zamanda, SSRİ Dövlət Pedaqoji Elmlər Akademiyasının nəzdindəki Əlaqələndirmə Şurasının üzvü olmuşdur.

Vurğulanmışdır ki, Zahid Qaralov 1995-2005-ci illərdə Milli Məclisin yerli və regional özünüidarəetmə komitəsinə rəhbərlik etmişdir. O, Azərbaycanın tarixində ilk dəfə olaraq əksmərkəzləşmə əsasında özünün torpaq və digər mülkiyyəti olan bələdiyyələrə aid qanunların hazırlanmasında və qəbulunda, 1999-cu ildə ilk bələdiyyə seçkilərinin keçirilməsində fəal iştirak etmişdir. Z.Qaralov 10 il Azərbaycan - Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik etmişdir. O, iki müstəqil dost ölkə arasında hərtərəfli əlaqələrin qurulması prosesində fəallıq göstərmişdir.

Natiq müşahidələrinə əsaslanaraq demişdir ki, Zahid Qaralov istər SSRİ dövründə, istərsə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçən müddətdə ulu öndər Heydər Əliyevin ən etibarlı, sadiq silahdaşlarından biri olmuşdur. O, bu sadiqliyini bu gün də davam etdirir.

Zahid Qaralovun uzun illər ictimai-siyasi fəaliyyəti ilə elmi fəaliyyətinin paralel davam etməsini də çox təqdirəlayiq bir hal kimi qiymətləndirən A.Mehrabov demişdir ki, yubilyar həmişə aktual problemlərin tədqiqi ilə məşğul olmuş, yüzlərlə elmi əsər yazıb, çap etdirmişdir. Görkəmli alimin fizika, riyaziyyat, ümumi pedaqoji məsələlərlə bağlı yazdığı dərsliklər bu gün də səmərəli istifadə olunur.

A.Mehrabov bildirmişdir ki, Z.Qaralov həm də güclü məntiqi, elmi erudisiyası olan alimdir. Bu ensiklopedik biliyə malik insandan təkcə elm təşkilatçılığının deyil, yurdsevərliyin, təəssübkeşliyin, millətsevərliyin, cəsarətliliyin nə olduğunu öyrənmək və yüksək həyat dərsi almaq da mümkündür.

Qeyd edilmişdir ki, 60 illik elmi-pedaqoji fəaliyyəti dövründə professor Zahid Qaralovun birbaşa elmi rəhbərliyi altında 170-dən çox elmlər namizədi və elmlər doktoru yetişmişdir. O, 18 ali və orta məktəb dərsliyinin, 600-dən çox jurnal məqaləsinin, 45 kitabın müəllifidir.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov yubilyarı təbrik etmiş ona ən xoş arzularını çatdırmışdır. Bildirmişdir ki, Zahid Qaralov Azərbaycanın ən görkəmli ziyalılarından, ağsaqqallarından biridir.

Bir neçə gündən sonra ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 45 illiyinin qeyd ediləcəyini xatırladan Fəttah Heydərov bütün ömrü boyu Ümummilli Liderin ideyalarına sadiq qalan Zahid Qaralovun 80 illik yubileyinin bu günlərə təsadüf etməsinin də xoş bir hadisə olduğunu vurğulamışdır.

Bildirilmişdir ki, bu gün Azərbaycan dünyada tanınmış, nümunəvi müstəqil dövlətə çevrilmişdir. Son günlər ölkəmizdə keçirilən mötəbər tədbirlər bunu bir daha təsdiqləyir. Fəttah Heydərov demişdir: “Belə gözəl bir vaxtda 80 illik yubileyini qeyd etmək Zahid Qaralov üçün çox böyük xoşbəxtlikdir”.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, parlamentin deputatı Hüseynbala Mirələmov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və başqaları çıxış edərək yubilyarla bağlı xatirələrindən danışmış, ona xoş arzularını çatdırmışlar. Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında və formalaşdırılmasında böyük xidmətlər göstərmiş Zahid Qaralov həmişə partiyanın üzvləri üçün bir nümunə olmuşdur. Çünki o, həmişə öz əməli fəaliyyəti ilə ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyini sübut etmişdir.

Sonra dünyanın bir sıra ölkələrindən, o cümlədən Türkiyə, Sinqapur, Litva, Qırğızıstan və Rusiyadan olan tanınmış alimlərin, ictimai-siyasi xadimlərin Zahid Qaralova əlamətdar yubileyi münasibətilə təbrik teleqramları ünvanlamaları ilə bağlı məlumat verilmişdir.

Konfransda çıxış edən yubilyar Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə bütün ziyalılara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Onun ünvanına səsləndirilən xoş sözlərə görə təşəkkür edən Zahid Qaralov həyatı boyu heç vaxt işdən yorulmadığını və gələcəkdə də fəaliyyətini bu cür davam etdirəcəyini diqqətə çatdırmışdır. O demişdir: “Bu gün bu konfransa yalnız alimlər, partiya xadimləri dəvət olunmamışdır. Buraya ümummilli lider Heydər Əliyev irsinə və Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sadiq, bütövlükdə Azərbaycanı sevən insanlar yığışmışlar”.

Konfransa yekun vuran Baş nazirin müavini Əli Əhmədov demişdir: “Hər bir insan həyatı bir nümunədir. Bəşəriyyət isə bu nümunələrin üzərində qərar tutmuşdur. Təbii ki, YAP da hər bir üzvünə böyük önəm verir və partiya onların fəaliyyətlərinin gətirdiyi faydaların üzərində qərar tutmuşdur. Təbii ki, bu insanların arasında haqqında səmimi şəkildə xoş sözlər dediyimiz Zahid Qaralov da dayanır. Zahid müəllimin həyatı sözün əsl mənasında bir nümunədir. Bu nümunənin üç tərkib hissəsini diqqətinizə çatdırmaq istəyirəm. Birincisi, Zahid Qaralov pedaqoji, ictimai-siyasi fəaliyyəti baxımından çox zəngin bir həyat yaşamışdır. İkincisi, Z.Qaralovun ailə başçısı olaraq göstərdiyi nümunədir. Üçüncüsü isə onun uzun ömürlülüyüdür. Düşünürəm ki, bizim gənc nəslimiz belə ziyalılarımızın zəngin həyatlarından faydalanmalıdırlar. İstərdim ki, gənclər bu cür ziyalılardan yaxşı, məhsuldar işləməyi, dövlətinə, xalqına xidmət etməyi, ölkəsinə və məsul olduğu quruma sadiq olmağı öyrənsinlər”.

Sonda konfrans iştirakçılarına yenicə işıq üzü görmüş, Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş “Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabı təqdim edilmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib