BAKIDA YUNANISTAN HƏFTƏSİ BAŞLAMIŞDIR
İyunun 22-dək davam edəcək tədbir çərçivəsində paytaxt sakinlərinə və qonaqlara yunanların dünyada ən sağlam qidalanma adlandırdıqları “Aralıq dəniz pəhrizi” təqdim olunacaqdır. Milli təamların hazırlanması üçün Yunanıstanın Səlanik şəhərinin məşhur aşpazı İoanis Şasiotis də Bakıya gəlmişdir.
Yunanıstanın Xarici İşlər Nazirliyi, Milli Turizm Agentliyi, İctimai Qaz Korporasiyası və Ticarət-Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən mərasimdə Yunanıstanın Azərbaycandakı səfiri Temistokles Dimidis çıxış etmişdir.
Səfir yunan tarixindən və mədəniyyətindən bəhs edərək demişdir ki, Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir və iqtisadi əlaqələr bundan sonra da dərinləşəcəkdir.
Mərasimdə qonaqlara Yunanıstandan gətirilən ərzaqlardan hazırlanan xörəklər təqdim edilmiş, milli musiqi nömrələri nümayiş olunmuş, lotereya oynanılmışdır. Qaliblər Yunanıstana səfər edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]