CƏMİYYƏT
Bakıdakı Rus evində Azərbaycan və Rusiya Xalqlarının Dostluğu Klubunun iclası keçirilib
![](/files/galleryphoto/2022/1/1200x630/164387604412158277_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/164387604460058652_1200x630.jpg)
Bakı, 3 fevral, AZƏRTAC
Bu gün Bakıdakı Rus evində Azərbaycan və Rusiya Xalqlarının Dostluğu Klubunun iclası keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Boçarnikov tədbirdə çıxış edib. Klubun iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edən səfir bu işin vacibliyini vurğulayıb.
Rusiyalı diplomat deyib: “Azərbaycan və Rusiya Xalqlarının Dostluğu Klubunun formatı bizim mövqelərimizi, rəylərimizi, oxşar və üst-üstə düşən məqamları aydınlaşdırmaq üçün çox faydalıdır. Bu fəaliyyət bizim ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək”.
M.Boçarnikov klub iştirakçılarının gənclər və həmvətənlərlə iş, könüllülük fəaliyyəti barədə suallarına cavab verib, özünün diplomatik karyerası ilə bağlı maraqlı əhvalatlar danışıb.