İDMAN
Bakının “Neftçi” komandası Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsində ilk oyununu keçirib
Bakı, 17 iyul (AZƏRTAC, Məmməd İsayev). İyulun 17-də UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinin ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən Bakının “Neftçi” futbol komandası ikinci təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “Koper” komandasına 1:2 hesabı ilə məğlub olmuşdur.
“Bakcell Arena”da keçirilən qarşılaşmada Neftçi”nin heyətində Saşa Stamenkoviç, Karlos Kardoso, Elvin Yunuszadə, Araz Abdullayev, Flavinyo, Julius Vobay, Erik Ramos, Bruno Bertuççi, Kaue, Məqsəd İsayev, Ernest Nfor oynayıblar.
“Koper”in heyətində isə oyuna Bojidar Radoçeviç, Miha Blajiç, İviça Quberaç, Periça İvetiç, Denis Haliloviç, Domen Çrniqoy, Qoran Qaleşiç, Damir Hadjiç, Matey Palçiç, Yaka Ştromayer, Miroslav Çovilo çıxıblar.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qolları “Koper” komandasının heyətində G.Galeşic (24), M.Palçiç (41) və “Neftçi”dən isə A.Abdullayev (45) vurublar.
Oyunu belaruslu Denis Şerbakov idarə edib. Ona həmyerliləri Dmitri Juk, Andrey Getikov kömək ediblər.
Cavab oyunu iyulun 24-də Sloveniyada keçiriləcək.