REGİONLAR
Balakənli gənclərə “Mərkəzə doğru” layihəsi təqdim edilib
Balakən, 14 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Balakən nümayəndəliyinin əməkdaşları “Mərkəzə doğru” layihəsi çərçivəsində Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin qonağı olub, şagirdlərlə görüşüblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə GİKM Balakən nümayəndəliyinin direktoru Şahin Qarakişiyev məlumat verib.
Bildirilib ki, görüş zamanı mərkəzin əməkdaşı Aysel Padarova tərəfindən məktəbli gənclərə qurumun fəaliyyət istiqamətləri, üzvlük sistemi, könüllülük, təcrübə proqramları, həyata keçirilən layihələr, təlimlər, həmçinin Gənclər Fondunun gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib, gənclərin maraq dairələri öyrənilib.
Sonra nümayəndəliyin direktoru tərəfindən “Şəxsi inkişaf” təlimləri çərçivəsində gənclərə “Şəxsi inkişafın önəmi” mövzusunda təlim keçirilib.
Tədbir çərçivəsində gənclər arasında intellektual yarış da təşkil olunub, qalib komanda mükafatlandırılıb.