DÜNYA
BƏƏ husi qiyamçılarının iki ballistik raketini ələ keçirərək məhv edib
![BƏƏ husi qiyamçılarının iki ballistik raketini ələ keçirərək məhv edib](/files/2022/1/1200x630/16430135275485050454_1200x630.jpg)
Bakı, 24 yanvar, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) husi qiyamçılarının iki ballistik raketini ələ keçirərək heç bir itki olmadan məhv edib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, BƏƏ-nin Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada ballistik raketlərin qalıqlarının Əbu-Dabi ətrafında ayrı-ayrı ərazilərə düşdüyü bildirilib. Hava hücumlarına qarşı bütün lazımi qoruyucu tədbirlərin görüldüyü vurğulanıb.
Səudiyyə Ərəbistanının dövlət mediasının məlumatına görə, husi qiyamçılarının atdığı ballistik raket Krallığın cənubuna düşüb. Nəticədə iki sakin yaralanıb, sənaye bölgəsindəki emalatxanalara və avtomobillərə zərər dəyib. Koalisiya qüvvələrinin bəyanatına görə, daha bir raket Zəhram əl-Cənub üzərində zərərsizləşdirilib.
Qeyd edək ki, BƏƏ-nin də daxil olduğu, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri artıq altı ildən artıqdır husi qiyamçıları ilə mübarizə aparır.