SİYASƏT
Bərdədə Konstitusiya Günü qeyd olunmuşdur
Bərdə, 12 noyabr (AZƏRTAC). Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzdə ulu öndər Heydər Əliyevin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya Azərbaycanın ilk Konstitusiyasının dövlətçiliyimizin inkişafında, demokratik dəyərlərin bərqərar olmasında rolundan danışmış, Əsas Qanunun qəbul edilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdırmışdır.
Çıxış edənlər müstəqil Azərbaycanın ilk Konstitusiyasının ümumbəşəri və demokratik prinsiplərə əsaslandığını, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar olması üçün əsaslar yaratdığını, insanların hüquqlarını müdafiə etmək naminə bütün təminatları verdiyini vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [20:09]
Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
- 20.05.2024 [17:09]
Mehmet Yüce: Türk dünyasının çox böyük və önəmli iqtisadi potensialı var
- 20.05.2024 [15:42]
Azərbaycan və Türkiyənin ombudsmanları Lefkoşaya səfər edəcəklər
- 20.05.2024 [15:31]
Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır
- 20.05.2024 [15:20]