Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəstəkar ömrünün işıqları

Bakı, 19 aprel, Məmməd Məmmədli, AZƏRTAC

Bəstəkar Elza İbrahimovanı həyatda görməmişəm, tanımamışam, çünki zamandaşım olmayıb. Onun doğum tarixindən 43 il sonra dünyaya gəlmişəm. Yeniyetmə çağlarımdan musiqiyə marağım yarandıqca yaxşı mahnıları dinləməkdən zövq almışam. Mənə xoş gələn bu bəstələrin içərisində Elza İbrahimovanın da mahnıları olub… Adətən bəstəkarlar müğənnilərlə müqayisədə az tanınırlar, bir növ kadr arxasında olurlar. Amma bu fikri Elza İbrahimova haqqında demək olmaz. Çünki Elza xanımın mahnıları üslubuna, ritminə, ahənginə, səs çalarlarına görə digər musiqiçilərin əsərlərindən seçilir. Onun mahnılarını dinlədikcə adam özünü əsrarəngiz bir aləmdə hiss edir. Bu isə sənətkarın özünəməxsus fərqli bir istedadından yaranır.

Ötən əsrin korifey sənətkarlarından olan Elza İbrahimovanın mahnıları yarandığı gündən, yəni ilk ifadan diqqəti cəlb edib, tamaşaçı sevgisi ilə qarşılanıb. Maraqlıdır ki, bu mahnıları ifa edən müğənnilər də görkəmli sənətçilər olub. Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Flora Kərimova və daha kimlər… Onun bütün bəstələrinə milli, romantik bir ruh hakimdir.

Elza İbrahimova lirik mahnılar müəllifidir. “Gecələr bulaq başı”, “Gözlərimdən çəkilmə”, “Daha məndə dözüm yox” və onlarla mahnılarının incə, zərif ritmini dinlədikcə gözlərimizin qarşısında lirik lövhələr canlanır. Özü də bunlar həyat mənzərələri kimi insanı özünə çəkir, hər kəsdə xoş ovqat yaradır, bizi taleyimizlə bağlı düşüncələrə qərq edir.

Təkcə musiqiçilər deyil, musiqini duyan, onun haqqında az da olsa təsəvvürü olan hər bir ziyalı, dinləyici bilir ki, Azərbaycanda ilk dəfə tanqo ritmini estradaya gətirən bəstəkar Elza İbrahimovadır. Eşidib-bildiyimə görə sovet dövründə bəstəkarın “Yalan ha deyil” adlı ilk mahnısı və sonradan bəstələdiyi bir sıra mahnıları da “tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi”ndən birmənalı qarşılanmamışdı. Nə xoş ki, bu səhv yanaşmalar bəstəkarı öz yaradıcılıq üslubundan ayıra bilmədi, Elza xanım bu istiqamətdə özünün ideya axtarışlarını böyük həvəslə davam etdirdi.

Elza İbrahimova 1969-cu ildə Məmməd Rahimin sözlərinə bəstələdiyi ilk mahnısı “Yalan ha deyil”dən başlamış, bir çox əsərlərində, o cümlədən “Qurban verərdim”, “Sən mənə lazımsan”, “Bağçadan keçmisən” və digər mahnılarında tanqo ritmini yeni ahəngdə davam etdirirdi. Sonralar düşüncə-baxışlar dəyişdikcə, tanqo ritmində yazdığı musiqilər bəstəkarın sevilən mahnıları sırasında oldu.

O, yaradıcılığında estrada janrında işlədiyi maraqlı, rəngarəng mahnılarla yanaşı, hələ diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” operalar, romanslar, sonatalar, kvartetlər də bəstələyib. Onun bütün mahnıları özünün orijinallığı, uzunömürlü olması ilə böyük dinləyici auditoriyası qazanmışdır. Bəstəkarın böyük sənətkar Rəşid Behbudovun ifasında dinlədiyimiz “Ey vətən” mahnısını hər gələn yeni nəsil böyük sevgi, iftixar hissilə dinləyir. Yəqin ki, yaşlı və orta nəsil Elza xanımın “Nəğməkar torpaq” (1981), “Bağışla” (1983), “Qayıdış” (1992) “Yalçın” (2004) “Sən yadıma düşəndə” (2013) kimi filmlərini xatırlayırlar. Bu filmlərin estetik ruhunu, gözəlliyini artıran da bəstəkarın ecazkar musiqisidir. Bütün bunları mən Elza İbrahimovanın ilk mahnısı olan “Yalan ha deyil”in yaranmasından yarım əsr keçdiyi bir vaxtda xatırladım. Başqa formada desək, bu gün bu mahnının 50 yaşı tamam olur. Mənə görə mahnılar da insanlar kimidir. Onların da doğum tarixi, taleyi var. Mahnılar da uşaq təki dünyaya gəlir, illər boyunca insanların şən, kədərli vaxtlarında həyatlarında böyük məna kəsb edir, onlarla birgə yaşamaq, xatırlanmaq hüququ qazanır. Yetər ki, onlara da canlı varlıq kimi baxasan. Kədərli-sevincli vaxtlarında duyğusallığı ilə sənə zövq verən, səni yaşadan mahnıları unutmayasan…

Bəstəkar haqqında daha çox bilgiyə malik olmaq, onu yaxından tanımaq məqsədilə də Elza xanımın qardaşı Çingiz müəllimlə əlaqə saxladım, görüşdük, bəstəkarın yaşayıb-yaratdığı illərə onunla birgə səyahət etmək istədiyimi biləndə çox sevindi. Hiss etdim ki, Elza xanımın adını çəkməyim, onu xatırlamağım, hətta haqqında yazmaq istəyim onu kövrəltmiş, duyğulandırmışdı...

Çingiz müəllim danışdıqca, Xalq artisti Elza İbrahimovanın sənət taleyi gözlərimin qarşısından kinolentə alınmış bir mənzərə kimi ötüb-keçirdi. Mən böyük maraqla o mənzərənin seyrinə dalmışdım. Çingiz müəllimin səsi isə bu görüntüləri sözlə müşayiət edirdi...

Ailəmizdə musiqiçi olmayıb. Amma nənəmizin anası qarmonda çox gözəl ifa edirmiş. Yəqin Elzanın musiqi istedadının yaranmasında onun da müəyyən qədər təsiri olub. Sözün düzü, ailədə hamımızın musiqi duyumu olub, elə mən özüm də pianoda orta səviyyədə çalıram. Amma sənətkar kimi Elza yetişdi. Onun bu sahədə doğmalarına təsir etdiyini görürük. Oğlum Ceyhun Asəf Zeynallı adına Musiqi məktəbini qurtarıb. Elza xanımın qızı musiqiçi olmasa da, sənətini sevən gözəl bir həkimdir.

Atam bir müddət Hacıqabul rayonunda Paravoz deposunun rəisi vəzifəsində işləyib. Elza da 1938-ci il yanvarın 10-da Hacıqabulda dünyaya gəlib. Amma şəcərə tariximizin başlanğıcı, vətəni Dağıstandır. Bura babamın vətəni olub. Elza ailədə, məktəbdə digər uşaqlardan xarakteri ilə seçilirdi. Çox danışmağı xoşlamırdı. Hərtərəfli biliyə malik idi. Elza məndən 10 yaş böyük idi. Amma onun qeyri-adi bir insan olduğunu görür, başa düşürdüm. Onun çox danışmaqla arası yox idi, yalnız oxumağı, mütaliə etməyi sevirdi.

Azərbaycan mədəniyyətinə gözəl mahnılar, mükəmməl musiqi əsərləri bəxş edən Elza xanımın pərəstişkarları çox idi. O, yeganə bəstəkardır ki, xalqına maraqlı bir üslubda ritmlər bəxş edib. Elza xanım belə mahnılarla 70-ci illərin əvvəllərindən tanınırdı. Mən sovet dövründə yaşadığım illərdə tanqo ritmlərini heç bir bəstəkarın əsərlərində eşitmirdim. Belə bir yaradıcılıq üslubu ancaq Elzaya məxsus idi. Tanqo ritmlərini Azərbaycan musiqisinə ilk dəfə Elza İbrahimova gətirmişdi. O, çox şairlərin, o cümlədən Bəxtiyar Vahabzadə, Məmməd Rahim, Əliağa Kürçaylı, Rəfiq Zəkanın şeirlərinə musiqi bəstələmişdir.

Mənim Elza ilə bağlı xatirələrim çoxdu. Bizim vaxtlarda hər bazar günü radio ilə muğam mahnıları verirdilər. O da həmişə böyük həvəslə, sevgi ilə muğama qulaq asardı. Həmin vaxtlar saat 1-də, 2-də Cənubi Azərbaycandan da əsərlər səslənirdi. Elza xanım oradan verilən mahnıları, şerləri də dinləyirdi.

Elzanın indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllimi Qara Qarayev olub. O, prelüddən başlamış, fuqalar, simli kvartetlər və operaların müəllifi idi. Həmin vaxtda Elza xanımı Qara Qarayevin köməkliyi ilə qonşu respublikaya, Dağıstana göndərilmişdi. O zaman Elzanın 24 yaşı vardı. Dağıstanda Elza xanım musiqi məktəbində bir il yarım müəllim işləyib. Amma vətəni Azərbaycandan ayrı yaşaya bilmədiyindən geri qayıdıb. İlk vaxtlar o, rus dilində olan mətnlərə mahnılar yazırdı. Rusdilli idi, amma onunla söhbət edənlər bunu hiss etmirdilər. Ondan tez-tez soruşurdular ki, Elza xanım, siz rusdillisiniz, bəs necə olub ki, “Bulaq başında” mahnısının sözlərini də siz yazmısınız. Belə sualları o, təbəssümlə qarşılayırdı, deyirdi ki, mən buna cavab verə bilmərəm... Əlbəttə, bu, xalqın dilinə, musiqisinə bağlılığı, güclü duyum hissi idi. Rusdilli xanım olsa da, Azərbaycan şairlərinin şeirlərini çox oxuyurdu, oradakı vurğulara diqqət edirdi. Çünki musiqiyə vurğular düşməlidir ki, musiqi gözəl səslənsin. Bir vurğunun yerində olmaması mahnını korlayır. Yəni bəstəkarın musiqi duyumu güclü olmalıdır. Belə olmasa, bəstələrin ömrü az olacaq, 50, 100 il yaşamayacaq. Bir sözlə, xalq onu qəbul etməyəcək. Elza xanımın mahnı mətninə, şerinə diqqət etsəniz, görərsiniz ki, onu necə rahat oxumaq olur. Onun musiqisində sözləri mahnıya uyğun dartmaq yoxdur. Amma Elza xanım çətin mahnılar yazırdı, odur ki, onun mahnılarını oxumaq asan deyildir.

Bayaq siz məndən xəbər aldınız ki, Elza xanım daha çox hansı müğənnilərlə işləyirdi? Həm Dağıstanda olduğu vaxtlarda, həm də Azərbaycanda bütün müğənnilərlə işləyirdi. Azərbaycanın, Rusiyanın Xalq artistləri ilə işləyirdi. Azərbaycanda bir müğənni qalmayıb ki, onunla işləməsin. Onların arasında gənclər də var: Elton, Sevda Ələkbərzadə, Sevda Yahyayeva, Sevinc Musayeva, Aygün Ağayeva və başqaları. Bir sözlə, Rəşid Behbudovdan başlamış son dövrün müğənnilərinə kimi, hər biri ilə, hamısıyla işləmişdi.

Söhbətimizin əvvəlində siz məndən Elza İbrahimovanın ilk mahnısı olan “Yalan ha deyil”in tarixçəsini xəbər aldınız. Gəlin sizə həmin mahnının yaranmasından danışım. Dəqiq xatırlayıram, 1968-ci ilin noyabrı idi. Elza xanım pianoda məşq edirdi. Diqqət etdim, indiyə qədər eşitmədiyim bir musiqini çalırdı. Maraqlandım ki, bu nə əsərdi belə? Dedi, indicə bəstələmişəm. Sevincək dedim ki, bəlkə onu nota alasan. Elza bunu etmək istəməsə də, sonradan onu razı sala bildim və o, əsəri nota aldı. Bu, balıq ovunda qarmağa ilişən balığa bənzəyirdi. Tilovu vaxtında dartmasan, balıq qaçacaq. Deməli, vaxt itirmədən tilovu dartmaq lazımdı. Başa düşürdüm ki, yazdığı musiqini nota salmasa, əsər itib-batacaqdı. Onu da deyim ki, çox gözəl bir əsər alınmışdı. Elza xanım üçün mahnını nota almaq heç də çətin deyildi. O, bunu tum kimi çırtlayırdı… Əsəri yazanda mən çox rahatlandım. Bu hadisədən təxminən 1 ay keçdi. Bir gün anam Sona xanım işlədiyi dəmir yolu xəstəxanasından çıxarkən yaxınlıqda masaların üstündə düzülmüş kitablara baxır, bir şeir toplusunu alıb evə gəlir. Onu Elzaya verib dedi ki, musiqini yazmısan, o, sözsüz yaşaya bilməz. Buradan əsərinə bir şeir seç. Bu, onun ilk bəstəsi olan “Yalan ha deyil” mahnısı idi… Sonralar məndən soruşurdular ki, Elza xanım bu musiqini qoşmaya necə yazıb, bu, qeyri-mümkündür. Orada qafiyə olur və söz musiqi ilə üst-üstə düşməlidir. Dedim, Elza xanım mahnını birinci yazıb, sonra bir şeiri seçib musiqiyə yerləşdirib. Bütün vurğular da yerinə düşüb.

Həmin vaxtlarda Şövkət xanım anamın işlədiyi dəmir yolu xəstəxanasına tez-tez gəlirmiş. Bu fürsətlərin birində anam Şövkət xanıma Elzanın yazdığı mahnıya qulaq asmasını xahiş edir, o da razılaşır. Müğənni mahnını çox bəyənir. Sonra da həmin mahnını Şövkət Ələkbərovanın ifasında lentə alırlar. 1969-cu il aprelin 19-da Şövkət xanım o mahnıya həyat verir. Elza İbrahimovanın “Yalan ha deyil” mahnısı belə yaranır.

Mənim üçün maraq doğuran bir sual da vardı - Elza İbrahimovanın mahnılarının içərisində çox xoşladığı hansıdır? Çingiz müəllim iki mahnının adını çəkdi - “Bilməzdim” və “Ey vətən”. Mən onun bütün mahnılarını sevirəm, -dedi. Hansını deyim… “Sevgilim, tut əlimdən”, “Sən yadıma düşəndə”, “Daha məndə dözüm yox”… Mən hər dəfə bu mahnılara həyəcanla qulaq asıram. Musiqiyə çox bağlı olduğumdan, onu dərk etdiyimdən klassik əsərləri, ümumiyyətlə, ürəyimə yatan musiqiləri çox dinləyirəm. Bu zaman mən dincəlirəm, kimlərsə siqaret çəkir, amma mən musiqi ilə ilhamlanıram. 6 ildir ki, Elza xanımın “YouTube” kanalını işlədirəm. Məqsədim onun mahnılarını cavan nəslə ötürməkdir. Axı, bu işi məndən başqa kim etməlidir? Onun bütün mahnılarını toplamışam və kanalın sahibi kimi də həmin mahnıları nümayiş etdirirəm. Mahnıları bölüşəndə bəstəkar və söz müəlliflərinin adlarını da qeyd edirəm. Müəllif hüquqlarının pozulması yolverilməzdir. Dəfələrlə eşitmişəm ki, “Sevgilim, tut əlimdən” mahnısı guya xalq mahnısıdır. Görün necə böyük istedadla yazılıb ki, onun bəstəkar mahnısı olduğuna inanmırlar. Bir tərəfdən mahnının belə gözəl, yüksək səviyyədə olması Elza xanım üçün böyük şərəfdir. Amma fakt budur ki, bu mahnının musiqisi Elza xanıma, sözləri isə Əliağa Kürçaylıya məxsusdur...

Çingiz müəllimin söhbətimiz boyu üz-gözündə duyduğum kədəri, təzadlı halı birdən-birə dəyişdi, çöhrəsi açıldı və sevinc, qürur hissiylə bildirdi ki, ötən ilin dekabr ayında Fransada Elza xanımın 80 illiyi münasibətilə marka buraxıblar. Bu da hər bir insana nəsib olmur. Ancaq millətin sevdiyi tanınmış şəxslər belə şərəfə layiq görülürlər. Qoy həmişə Elza xanımın mahnıları Azərbaycan xalqının qəlbini isitsin, həyatlarına işıq təki saçılsın. Beləcə, Çingiz müəllim həsrət dolu kədərli bir ovqatla başladığı söhbətini nikbin notlarla yekunlaşdırdı...

Mən isə ondan ayrılarkən düşünürdüm ki, xalq üçün, sənət naminə yaşayıb-yaradanlar ölmürlər, fiziki yoxluqlarından sonra ikinci həyatlarını yaşayırlar. Onları yaşadan da insanların həyatında böyük məna kəsb edən əsərləridir. İllər ötsə, dövran dəyişsə də, nostaljilər heç vaxt bizi tərk etmir. Bəstəkar Elza İbrahimova da hər zaman sevilən, seçilən, bununla da ikinci həyatında daim xatırlanan sənətkarlarımızdandır…

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan