İQTİSADİYYAT
BEYNƏLXALQ TƏDQİQATLARIN NƏTİCƏLƏRİ AZƏRBAYCANDA KOMPYUTER PİRATÇILIĞININ SƏVİYYƏSİNİN AŞAĞI DÜŞDÜŞÜNÜ GÖSTƏRMİŞDİR
Bakı, 14 may (AZƏRTAC). İKT informasiya mərkəzinin verdiyi məlumata görə, İDC tədqiqat qrupu və Beynəlxalq “Business Software Alliance” (BSA) Assosiasiyası kompyuter piratçılığı səviyyəsinin müəyyən edilməsinə dair birgə tədqiqatlarının yeddinci illik nəticələrini açıqlamışlar.
Hesabata əsasən, pirat proqram təminatlarının yayılma səviyyəsinə görə ən pis vəziyyət Gürcüstanda müşahidə olunur. Burada proqram təminatlarının 95 faizi lisenziyasızdır. Ermənistanda piratçılığın səviyyəsi 90 faizdir.
Beynəlxalq tədqiqatların nəticələri Azərbaycanda ötən ilki hesabatla müqayisədə müsbət dəyişikliklərin baş verdiyini göstərmişdir. Hesabatda qeyd olunur ki, bu istiqamətdə həyata keçirilmiş təsirli tədbirlər nəticəsində ölkədə piratçılıq səviyyəsi 90 faizdən 88 faizə düşmüşdür.