Azərbaycan Dövlət İnformasiya Agentliyi

BEYNƏLXALQ TERRORİZMƏ QARŞI BİRGƏ MÜBARİZƏ DÖVRÜN TƏLƏBİDİR

Qloballaşma dövrünün terrorizm probleminin əsasında başqa təhlükələrlə yanaşı, təcavüzkar separatizm də dayanır. Dağlıq Qarabağ separatçılarının terror fəaliyyətinin Ermənistan Respublikası və digər xarici qüvvələr tərəfindən dəstəklənməsi Azərbaycan torpaqlarının işğalı, minlərlə dinc sakinin məhvi, yüz minlərlə soydaşımızın yurd-yuvalarından didərgin düşməsi, minlərlə vətəndaşımızın əsir və girov götürülməsi, amansız işgəncələrə məruz qalması ilə nəticələnmişdir. 

2001-ci ilin 11 sentyabr hadisələri dünya dövlətlərinin beynəlxalq terrorizmə və təcavüzkar separatizmə daha həssaslıqla yanaşması, terrora və onu dəstəkləyən dövlətlərə qarşı barışmaz mövqenin təşəkkül tapması, qlobal cinayətlər əleyhinə mübarizədə beynəlxalq birliyin səylərinin birləşdirilməsi üçün zəmin yaratmışdır.

Azərbaycan Respublikası sentyabr hadisələrindən sonra antiterror koalisiyasına daxil olan ilk dövlətlərdən biridir. Dövlətimizin bu istiqamətdə əldə etdiyi önəmli nəticələr dünya birliyi və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Xəbər verildiyi kimi, martın 25-26-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində beynəlxalq terrorizmə qarşı mübarizədə əməkdaşlıq problemlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Dünyanın 39 dövlətinin 49 təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin iştirak etdikləri bu mötəbər beynəlxalq tədbirdə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasovun çıxışı səsləndirilmişdir. Həmin çıxışın mətnini kiçik ixtisarla oxuculara təqdim edirik:

Qloballaşma şəraitində beynəlxalq terrorizm təkcə ayrı-ayrı dövlətlərə qarşı deyil, həm də bütün bəşəriyyətə meydan oxuyan təhlükə kimi qiymətləndirilməlidir. Məhz bu reallıqlar qloballaşma dövrü terrorunun bir sıra yeni prinsipial xüsusiyyətlərini müəyyənləşdirmişdir.

Birincisi. Bu gün terrorizmin hədəfləri dəyişmişdir. Hazırda terrorçu təşkilatlar öz səylərini yalnız sabitliyin pozulmasına və ya hansısa qısamüddətli planların gerçəkləşməsinə deyil, mahiyyətcə daha ciddi və genişmiqyaslı siyasi məqsədlərə - hakimiyyətin ələ keçirilməsinə və yenidən bölüşdürülməsinə, suveren dövlətlərin ərazisinin qəsb olunmasına və yerli əhalinin oradan qovulmasına yönəltmişlər. Azərbaycanın nümunəsi bu cəhətdən səciyyəvidir. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunmuş, bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Hərbi qarşıdurma zonasından yüzlərlə kilometr aralıda yerləşən yaşayış məntəqələrində törədilən və iki mindən çox dinc sakinin məhvi ilə nəticələnən onlarca terror aktı konkret siyasi məqsədə - təcavüzkar separatizm vasitəsilə Azərbaycan ərazisinin ilhaqına yönəlmişdir. Belə təhlükə bu və ya başqa formada bir sıra digər müstəqil dövlətlərdə - Gürcüstanda, Rusiyada, Moldovada da mövcuddur. Bu ölkələrdə terrorizmin fərqləndirici xüsusiyyəti onun ya hansısa dövlətlərin birbaşa təcavüzünə, ya da “etnik problemlər” pərdəsi altında təcavüzkar separatizmə xidmət etməsidir. Beləliklə, bu gün terror anlayışı təcavüzkar separatizmlə sıx bağlıdır.

İkincisi. Təcrübə göstərir ki, bu gün müxtəlif çalarlı terrorçu və ekstremist təşkilatlar bir-biri ilə sıx qarşılıqlı əlaqə saxlayırlar. Siyasi və dini ekstremizm, təcavüzkar separatizm, qloballaşma əleyhinə hərəkat, sağ və sol radikalizm və s. eyni bir terror zəncirinin halqaları olub, terrorçuluq fəaliyyətinin müxtəlif sahələrində bir-birini tamamlayırlar. Ona görə də bu halqalardən yalnız birinə qarşı mübarizə bütövlükdə terrorizmə qarşı mübarizə vəzifəsini tam yerinə yetirməyə imkan vermir. Məsələn, əgər dünya birliyinin səyləri yalnız din pərdəsi altında həyata keçirilən beynəlxalq terrorizmə qarşı mübarizəyə yönəldilərsə, təbii ki, problemin tam və qəti həlli mümkün olmayacaqdır. Bu baxımdan mübarizə “üstün əhəmiyyətli” və “ikinci dərəcəli” istiqamətlərə bölünməməli, bütün cəbhə boyu aparılmalıdır.

Üçüncüsü. Terrorçu təşkilatlar mütəşəkkil cinayətkarlığın başqa sahələrində fəaliyyət göstərən qruplaşmalarla qarşılıqlı əlaqə saxlayırlar. Separatçı rejimlər yeni müstəqil dövlətlərin ərazilərində, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində nəzarət altında saxladıqları ərazilərdən narkobiznes, qanunsuz silah və insan alveri, çirkli pulların yuyulması və digər cinayətkar məqsədlər üçün istifadə edir, əldə olunan gəliri isə terrorizmin maliyyələşdirilməsinə yönəldirlər. ABŞ Dövlət Departamentinin 2001-ci ilə aid məlum hesabatında narkotik maddələrin Asiyadan Rusiya vasitəsilə Avropaya daşınmasında Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindən istifadə edilməsi faktları əks olunmuşdur.

Dördüncüsü. Əhalisi, nəqliyyat kommunikasiyaları və həyat təminatı sistemi sıx olan tranzit regionlardakı sənaye infrastrukturu obyektləri bu gün terror aktlarının başlıca hədəfləridir. Çünki qloballaşma, elm və texnikanın müasir nailiyyətlərinin tətbiqi şəraitində belə regionlar daha çox təhdidlərə məruz qalırlar. Azərbaycanın acı təcrübəsi hadisələrin məhz bu istiqamətdə inkişafını əyani surətdə göstərir: terror aktları, əsasən, nəqliyyat obyektlərində törədilmişdir. Tarixi “İpək yolu”nun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin möhkəmləndirilməsi, yeni neft və qaz kəmərlərinin çəkilməsi kimi irimiqyaslı beynəlxalq layihələri gerçəkləşdirməyə başlamış Cənubi Qafqaz dövlətlərinin bu baxımdan hansı təhlükələrə məruz qala biləcəyini təsəvvür etmək çətin deyildir. Regionda əsas təhlükə mənbələrinin məhz Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin olması dəfələrlə öz təsdiqini tapmışdır. Cənubi Qafqazın xəritəsinə nəzər salsaq, aydın görərik ki, region dövlətləri arasında əməkdaşlıq, o cümlədən bu gün bəzi üzdəniraq “mütəxəssislər”in təkidlə Azərbaycana təlqin etməyə çalışdıqları Ermənistanla iqtisadi əməkdaşlıq üçün hərbi və terror təhlükələrinin real və potensial mənbələri məhz həmin separatçı rejimlərdir. Bununla əlaqədar mən bir daha Azərbaycan Respublikasının mövqeyini vurğulamaq istəyirəm: nə qədər ki, işğal olunmuş torpaqlarımız azad edilməyib, nə qədər ki, Dağlıq Qarabağdakı separatçı rejimə hərbi dəstək dayandırılmayıb, qaçqınlar öz daimi yaşayış yerlərinə qaytarılmayıb, bir sözlə, nə qədər ki, ölkəmizin ərazi bütövlüyü ilə bağlı bütün məsələlər həllini tapmayıb, Azərbaycan Ermənistanla əməkdaşlığı nəzərdə tutan hətta ən cəlbedici regional layihələrdə də iştirak etməyəcəkdir!

Beşincisi. Geniş miqyaslı, çoxşaxəli terror fəaliyyəti yalnız və yalnız hər hansı ölkənin dövlət orqanlarının məqsədyönlü dəstəyi ilə həyata keçirilə bilər. Müasir terrorçu təşkilatlar güclü, ciddi tabeçilik strukturlarına və təchizata malik cinayətkar qurumlardır. Bu gün dövlət sərhədləri də onların qarşısını almaqda acizdir. Həmin təşkilatların tərkibində əməliyyat, kəşfiyyat və əks-kəşfiyyat bölmələri, qoruyucu döyüş qrupları vardır. Bütün bunlar yalnız dövlət dəstəyi sayəsində mümkün ola bilər.

 

Belə ki, Azərbaycanda törədilmiş terror aktlarının məhz Ermənistan Respublikasının dövlət orqanları tərəfindən təşkil edildiyi barədə bizdə çoxsaylı prosessual sübutlar mövcuddur. Müşavirə iştirakçılarına təqdim edilmiş müvafiq informasiya materiallarında Ermənistanın Azərbaycana qarşı yeritdiyi dövlət terrorizmi siyasətinin xronologiyası verilmişdir. Mən onlardan bir neçəsinin üzərində xüsusilə dayanmaq istərdim:

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlığı nəticəsində Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi polkovnik Can Ohanesyanın, onun müavini mayor Aşot Qaloyanın, Rusiya Federal Əks-kəşfiyyat Xidmətinin Terrorizmlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili mayor Boris Simonyanın başçılığı ilə Rusiya ərazisində fəaliyyət göstərən erməni separatçılarından ibarət terrorçu qrup məsuliyyətə cəlb olunmuşdur. Moskvada yerləşən və Valeri Petrosyanın rəhbərlik etdiyi “TİRR” assosiasiyası tərəfindən maliyyələşdirilən həmin qrup Rusiya və Azərbaycan ərazilərində dəmiryol qatarlarında bir neçə partlayış törətmişdir. Bütün bu şəxslər Rusiya Federasiyası və Azərbaycan Respublikası məhkəmələri tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar.

Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində fəaliyyət göstərən terrorçu-separatçı “Sadval” təşkilatı üzvlərinin 1994-cü ilin martın 19-da Bakı metropoliteni stansiyalarından birində törətdikləri və 14 nəfər dinc sakinin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən partlayışın Ermənistan Respublikası xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi faktı da prosessual qaydada tam sübuta yetirilmişdir. Çoxsaylı şahid ifadələri və maddi sübutlar bu təşkilatın yaraqlılarının Ermənistan Respublikasının Nairi və Arzni rayonlarında yerləşən, xüsusi xidmət orqanlarına məxsus hərbi-təxribat hazırlığı bazalarında, habelə Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində təşkil edilmiş xüsusi düşərgələrdə təlim keçdiklərini birmənalı şəkildə təsdiqləmişdir. Məhz Ermənistanın xüsusi xidmət orqanları terror aktlarının icrası üçün cinayətkarları zəruri partlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və maliyyələşdirmişlər. Azərbaycanın milli təhlükəsizlik orqanları həmin cinayətin 43 təşkilatçısını və icraçısını aşkarlamış, onlardan 30 nəfəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunmuşdur, ölkənin hüdudlarından kənarda gizlənənlər barədə isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu dəhşətli terror aktının qeyri-adiliyi ondadır ki, Azərbaycan torpaqlarını işğal edən və Dağlıq Qarabağın separatçı rejiminə himayədarlıq edən qonşu Ermənistanın xüsusi xidmət orqanları həmin cinayəti həyata keçirmək üçün terrorçuları digər həmsərhəd ölkədə - Rusiya Federasiyasında, ölkəmizin bir sıra şimal rayonları barəsində ərazi iddiaları irəli sürən separatçılar sırasından hazırlamışlar. Bu isə müxtəlif etnik yönümlü separatçılar arasında qarşılıqlı əlaqənin beynəlxalq terrorizmin əsas tərkib hissələrindən biri olduğuna daha bir sübutdur.

Nəhayət, qloballaşma dövrü terrorunun altıncı xüsusiyyəti barədə. Bu problem ingilis variantında “Harbouring of terrorism” - yəni, “terrorizmə dəstək” və “Apologising of terrorism” - “terrorizmə bəraət” kimi tanınır. Belə siyasət yeridən dövlətlər terrorçuların istirahəti və müalicəsi üçün hər cür şərait yaradır, digər ölkələrdə terror aktları törətdikdən sonra onlara siyasi sığınacaq verir, terrorizmə bəraət qazandırılması məqsədi ilə çirkin təbliğat kampaniyalarının təşkilini dəstəkləyirlər. Bu siyasətin daha təhlükəli məqamı terrorçular barəsində “milli qəhrəman”, “haqq işi uğrunda mübariz” imici formalaşdırılması üçün göstərilən cəhdlərdir. Bu isə gənc nəslin terror ənənələri ruhunda tərbiyə olunmasına şərait yaradır. 1970-80-ci illərdə Parisin “Orli” aeroportunda, Moskva metropolitenində partlayışlar törədən, İsveçrə və Yunanıstanda türk diplomatlarını qətlə yetirən, Parisdə Türkiyə səfirliyinin binasını zəbt etmiş və bir sıra digər cinayətlər törətmiş beynəlxalq erməni terrorçu qruplaşmaları fəallarına bəraət qazandırmaq siyasəti yeridən Ermənistan Respublikası tam əsasla belə dövlətlərin sırasına aid edilməlidir. Məsələn, Fransada terror aktları törətmiş beynəlxalq terrorçu Monte Melkonyan 1990-cı ildə həbsdən azad olunduqdan sonra Ermənistanda sığınacaq tapmış, Dağlıq Qarabağa yollanmış, orada azərbaycanlıların kütləvi qətli və torpaqlarından qovulması üçün məsuliyyət daşıyan terrorçu qruplara rəhbərlik etmişdir. 1993-cü ildə Yerevanda M.Melkonyanın dəfv mərasimində Ermənistanın dövlət xadimləri, o cümlədən prezidenti iştirak etmişlər. Sonradan həmin terrorçu “Ermənistanın milli qəhrəmanı” elan olunmuşdur. Digər tanınmış erməni terrorçularından Qrant Markaryan və 1981-ci ildə Parisdə Türkiyə səfirliyi binasının zəbtinin təşkilatçısı olan Vazgen Sislyan Azərbaycana qarşı terror aktlarının törədilməsində fəal iştirak etdiklərinə görə “Qarabağ müharibəsi qəhrəmanı” adına layiq görülmüşlər.

Beləliklə, qloballaşma dövrü terrorunun yuxarıda sadalanan xüsusiyyətləri bütün dünya dövlətlərinin xüsusi xidmət orqanlarının beynəlxalq əməkdaşlığını dərinləşdirməyin zəruriliyini irəli sürür. Bizim fikrimizcə, bu əməkdaşlıq aşağıdakı təməl prinsiplərə söykənməlidir:

1. Terrorizmlə mübarizəyə dini, yaxud etnik çalar vermək cəhdlərinə qarşı qəti tədbirlər görülməlidir. Terrorizmin nə milli, nə də dini mənsubiyyəti olmur.

2. Öz ölkəsinin maraqları naminə terrorizmə, ekstremizmə və separatizmə münasibətdə “ikili standartlar” siyasəti yeridilməsindən imtina edilməlidir. Digər dövlətlərdə baş verən oxşar proseslərə obyektiv münasibət bildirmədən, bəzən isə onları dəstəkləyərək, öz ərazisində belə təzahürlərə qarşı səmərəli mübarizə aparmaq mümkün deyildir.

3. Terrora qarşı mübarizədə “hər yerdə və həmişə” prinsipi tətbiq edilməlidir. Bu prinsip vaxtdan və məkandan asılı olmayaraq, cinayətkarların axtarılması, aşkarlanması, tutulub təhvil verilməsi, eləcə də cəzalandırılması sahəsində hər bir tərəfin öhdəliklər götürməsini nəzərdə tutur.

4. Başqa dövlətlərin ərazisində terrorçu, ekstremist və separatçı fəaliyyəti bu və ya digər formada dəstəkləyən ölkələrə qarşı razılaşdırılmış sanksiyalar tətbiq olunmalıdır.

Bu prinsiplərə əsaslanaraq, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi terrorizmə və separatizmə qarşı mübarizə sahəsində bir sıra dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlığı gücləndirmək istiqamətində ardıcıl iş aparır. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidməti ilə sıx əməkdaşlıq nəticəsində, 1994-cü il iyun ayının 3-də Ermənistan Respublikası xüsusi xidmət orqanlarının tapşırığı ilə Bakı metropolitenində elektrik qatarını partlatmış Azər Aslanov həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 54 nəfər yaralanmışdır.

Qloballaşma dövrü terrorizminin yuxarıda göstərilən xüsusiyyətlərinin dərk edilməsi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir sıra xarici dövlətlərin xüsusi xidmət orqanları ilə həm informasiya mübadiləsi baxımından, həm də beynəlxalq terrorizm infrastrukturu fəallarının aşkara çıxarılması və tərəfdaşlara təhvil verilməsi baxımından koalisiyanın antiterror əməliyyatında fəal iştirakını şərtləndirmişdir. Təkcə 11 sentyabr hadisələrindən sonrakı dövrdə beynəlxalq terrorizmlə əlaqəsi olan 31 əcnəbi həbs edilərək, ekstradisiya qaydasında xarici tərəfdaşlara təhvil verilmişdir.

Azərbaycan Respublikasının xüsusi xidmət orqanları beynəlxalq terrorizmə qarşı mübarizədə səylərini daha da artıracaqdır. İlk növbədə ona görə ki, Azərbaycan təkcə dini ekstremistlərin deyil, həm də separatçıların indiyədək cəzasız qalmış və dünya ictimaiyyəti tərəfindən müvafiq qiymətini almamış terror fəaliyyətinin hansı dəhşətli nəticələr törədə biləcəyini öz açı təcrübəsindən yaxşı bilir.

Dünya birliyi həm milli qanunvericilik səviyyəsində, həm də beynəlxalq hüquq münasibətləri çərçivəsində terrorizm və separatizmdən hüquqi müdafiə üçün bir sıra ciddi tədbirlər görmüşdür. Bütün bu sənədlərdə terrorizm və təcavüzkar separatizm eyni bir fəaliyyətin təzahürləri kimi qiymətləndirilir. Bu yanaşma BMT-nin bir sıra hüquqi aktlarında, o cümlədən “Beynəlxalq terrorizmin ləğv edilməsi tədbirləri haqqında” Bəyannamədə, “Bomba terrorizmi ilə mübarizə haqqında”, “Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında” və digər beynəlxalq konvensiyalarda öz əksini tapmışdır. Ermənistan istisna olmaqla, MDB dövlətlərinin rəhbərləri 1994-cü il aprelin 15-də Moskvada “MDB üzvü olan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına riayət edilməsi haqqında” Bəyannaməni və 1995-ci il fevralın 10-da Almatıda “Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunması haqqında” Memorandumu imzalayaraq, separatizm probleminə öz münasibətlərini bildirmişlər.

Təqdirəlayiq haldır ki, bütün bu sənədlərdə terrorizm ilə dövlətlərin ərazi bütövlüyünə təhlükələr arasında əlaqə aydın və birmənalı şəkildə göstərilmişdir. Faktiki olaraq, bu, terrorizm ilə separatizmin qarşılıqlı asılılığının beynəlxalq hüquqi təsdiqidir.

Təəssüf ki, beynəlxalq birlik Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı yeritdiyi dövlət terrorizmi siyasətinə qiymət verilməsində bu beynəlxalq aktlara əslində istinad etmir. MDB ölkələri xüsusi xidmət orqanlarının terrorizmlə mübarizə sahəsində çoxtərəfli idarələrarası razılaşmalarının səmərəsiz qalmasının başlıca səbəbi də budur. Bizim fəaliyyətimizdə böyük əhəmiyyət kəsb edən, MDB ölkələri Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 2000-ci ilin sentyabr ayında Kiyev şəhərində keçirilən iclasında qəbul olunmuş “Dini, etnik və siyasi pərdə altında həyata keçirilən terrorizmə, separtizmə və digər ekstremist fəaliyyətə qarşı mübarizədə MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşlığı və qarşılıqlı fəaliyyəti haqqında” Protokol bu gün faktiki olaraq işləmir. Böyük ümidlərlə yaradılmış MDB Antiterror Mərkəzi bir tərəfdən, Şimali Qafqazda separatçıların fəaliyyətindən irəli gələn terror təhdidlərini regionda sabitlik üçün ən ciddi təhlükə kimi qiymətləndirir, digər tərəfdən isə, Cənubi Qafqaz ölkələrindəki separatçı rejimlərlə terrorizm arasındakı aşkar qarşılıqlı əlaqələrə biganə yanaşır.

 

Qloballaşan dünya indiyədək təşəkkül tapmış stereotipləri alt-üst edir. Əvvəllər kimlərəsə elə gələ bilərdi ki, guya bir dövlətin təhlükəsizliyini digər dövlətin hesabına təmin etmək olar. Bu gün biz bu stereotipin tam iflasını görürük: hər hansı bir dövlətin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü yalnız digər dövlətlərin, ilk növbədə qonşuların eyni təminatlara malik olduqları halda mümkündür. Biz hamımız bu kövrək dünyada bir-birimizə görə məsuliyyət daşıyırıq. Əlbəttə, bu tezislə təcavüzkar dövlətlər deyil, yalnız sivil ölkələr razılaşa bilərlər. Belə bir vəziyyətdə beynəlxalq birlik təcavüzkar dövlətləri sivil davranış qaydaları ilə hesablaşmağa məcbur etməlidir.

Bu reallıqların düzgün dərki və onlara qəti şəkildə əməl olunması Azərbaycanın mövqeyinin əsasını təşkil edir. Bəşəriyyətin dinamik inkişafı, sabitlik, dövlətlərin təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyü üçün ciddi terror təhlükələrinin əsas mənbələri, vasitələri, forma və xüsusiyyətləri məlumdur. Dini, etnik və siyasi pərdə altında terrorizm, separatizm və digər ekstremist fəaliyyətlə mübarizə beynəlxalq hüququn əsas norma və prinsiplərinə ciddi əməl edilməsi yolu ilə və bu gün mövcud olan beynəlxalq hüquq mexanizmləri çərçivəsində mümkündür. Belə mexanizmlərin, zəruri hüquqi bazanın guya olmadığı barədə səslənən yanlış fikirlər, problemin süni şəkildə siyasiləşdirilməsi terrorizmlə mübarizə sahəsində beynəlxalq əməkdaşlıqda iştirak etməmək niyyətinə bəraət qazandırmaq üçün göstərilən cəhdlərdən başqa bir şey deyildir.

Bütün bunlar beynəlxalq əməkdaşlığın mövcud mexanizmlərinin təkmilləşdirilməsini və yenilərinin yaradılmasını, bu prosesin daha da gücləndirilməsini zəruri edir. Diqqət ilk növbədə terrorizmlə mübarizədə universal institusional və hüquqi əsasların formalaşdırılmasına, “terrorizm”, “təcavüzkar separatizm”, “dini ekstremizm” və digər anlayışların hüquqi təriflər kimi işlənib hazırlanmasına və onların hər bir dövlət tərəfindən qəbul edilməsinə yönəlməlidir. Azərbaycan bütün bu istiqamətlər üzrə əməkdaşlığa hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib