CƏMİYYƏT
Bibər toxumunda karantin tətbiq edilən orqanizm aşkarlanıb
![Bibər toxumunda karantin tətbiq edilən orqanizm aşkarlanıb](/files/2022/2/1200x630/16522707144345932128_1200x630.jpg)
Bakı, 11 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Niderland Krallığından ölkəmizə idxal olunan “Monsanto Hollan BV” şirkətinə məxsus bibər toxumuna keçirilən baxış zamanı götürülən nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılan müayinələri nəticəsində məhsul partiyasında qonur qırışıqlıq virusu aşkar edilib.
Faktla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 14,9 kiloqram bibər toxumunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib və bu barədə istehsalçı ölkənin müvafiq qurumuna bildiriş göndərilib.
Qeyd edək ki, viruslarla sirayətlənmiş toxumların ölkədə əkinçilikdə istifadəsi məhsulların, bitkilərin viruslara yoluxması ilə nəticələnə bilər. Qida Təhlükəsizliyi Agentliyi bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ölkəyə gətirdikləri toxumların bitki mənşəli viruslar və zərərvericilərdən azad olunmasına ciddi nəzarət etməyi tövsiyə edir və bu kimi hallara qarşı ciddi tədbirlər görüləcəyini bildirir.