Bill Qeytsin varidatı 100 milyard dolları ötüb
Bakı, 19 aprel, AZƏRTAC
Microsoft kompaniyasının qurucusu Bill Qeytsin varidatı 1999-cu ildən bəri ilk dəfə olaraq 100 milyard dollar həddini ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb. “Bill Qeytsin var-dövləti bu həftə 100 milyard dolları ötüb. Bu, maliyyə hesabatının buraxılması ərəfəsində (hesabat aprelin 24-də dərc olunacaq) kompaniyanın səhmlərinin bahalaşması sayəsində baş verib”, - məlumatda belə deyilir.
Cümə axşamı günü Microsoftun səhmlərinin qiyməti maksimum səviyyəyə çataraq bir səhm üçün 123,52 dollara yüksəlib. Həftənin əvvəlindən səhmlər 2 faiz bahalaşıb.
Forbes Qeytsin varidatını 100,61 milyard dollar həcmində qiymətləndirir. O, dünyanın ən varlı insanları siyahısında varidatı 152,95 milyard dollar təşkil edən Amazon kompaniyasının başçısı Ceff Bezosdan sonra ikinci yerdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]